Siyasət
Politoloq: "Dağlıq Qarabağın ermənilər tərəfindən itirilməsi çox asanlıqla baş verəcək"
16 Dekabr 2014 14:29
Baxış: 2 345
"Böyük Sülh Sazişi"nin hazırlanması üçün 2 şərt irəli sürməklə Ermənistan Yenilənmiş "Madrid Prinsipləri"ndən imtina etdi. Yenilənmiş Madrid Prinsipləri 2009-cu ildən rəsmi şəkildə gündəlikdədir. ATƏT MQ həmsədr ölkə prezidentlərinin İtaliyanın Akvil şəhərində imzaladığı sənədi Ağ Evin mətbuat xidməti Madrid Prinsiplərinin Yenilənmiş variantı adı ilə yaydı. Ermənistanın bu sənədə münasibəti məcburi münasibətdir".
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.
M.Əhmədoğlu bildirib ki, rəsmi Yerevan hətta 1-ci maddəsində Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını təsbit edən bu sənədi qəbul etdiyini bəyan edib: "Amma həmin təqdir bəyanatının digər hissəsindəki açıqlamaları ilə həmin sənədin bəzi hissələrini qəbul etdiklərini nümayiş etdiriblər. Ermənistanın belə mövqeyi 5 ildir davam edir. Rəsmi Yerevan Yenilənmiş Madrid Prinsiplərini fraqmentar qəbul edir. Ermənistanın ictimai-siyasi mühiti isə, ümumiyyətlə, Yenilənmiş Madrid Prinsiplərini qəbul etmir. Nəhayət ki, ATƏT-in Bazel ministerialında baş verənlər Ermənistanı çətin vəziyyətə qoydu. Həmsədr ölkə nümayəndə heyətlərinin başçılarının imzaladığı birgə bəyanatda Hərtərəfli (Böyük) Sülh Sazişinin mümkün qədər tez hazırlanmasına çağırış var idi. Böyük Sülh Sazişi və Hərtərəfli Sülh Sazişi termini yeni deyil, 2012-ci ildə həmsədrlər tərəfindən işlədilir. Ermənistan isə Böyük və ya Hərtərəfli Sülh Sazişi anlayışını yaxına buraxmırdı. İndi həmsədr ölkələr bu məsələni bir daha aktuallaşdırdılar. E.Nalbandyan küncə sıxılmış Ermənistanın mövqeyini ifadə etməyə məcbur idi".
Politoloqun fikrincə, ona görə də, Böyük (Hərtərəfli) Sülh Sazişinin hazırlanması üçün 2 şərt irəli sürdü: "Birincisi, tənzimlənmənin prinsipləri rəsmən razılaşdırılmalıdır. İkincisi, tənzimlənmə prinsiplərini Dağlıq Qarabağ erməniləri bəyənməlidir. E.Nalbandyanın uşaq yalanı danışmağa məcbur olması birinci dəfə deyil.
Böyük (Hərtərəfli) Sülh Sazişi tənzimlənmənin prinsiplərini, etimad tədbirlərini, Dağlıq Qarabağın statusunu, ümumiyyətlə Dağlıq Qarabağ tənzimlənməsinə aid nə varsa, hamısını özündə birləşdirəcək bir sənəddir. Ona görə vurğu ikinci şərtdədir. Ermənistan Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılmasını istəyir. Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılmasına icazə vermir. Rəsmi Bakının Dağlıq Qarabağ ermənilərinin danışıqlara qatılmasına icazə verməməsinin əsas səbəbi də Rəsmi Yerevandadır: Rəsmi Yerevan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlara qoşulmasına razılıq vermir. S.Sərkisyan, ümumiyyətlə, Dağlıq Qarabağ ermənilərinə Dağlıq Qarabağ azərbaycanlıları ilə görüşməyi qadağan edir. Çünki Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılması Dağlıq Qarabağ münaqişəsi və ermənilər haqqında həqiqətlərin üzə çıxması deməkdir. Ermənilər azərbaycanlıları Dağlıq Qarabağ ərazisindən deportasiya etməklə Dağlıq Qarabağın erməni tarixini düzəldiblər. Dağlıq Qarabağ azərbaycanlıları danışıqlar stoluna qayıdan kimi erməni yalanları yırtılacaq, ermənilər beynəlxalq aləmdə rüsvay olacaqlar. Bu da dünya erməniliyinə digər sahələrdə də zərər vuracaqdır. Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunun müəyyən olunmasının əsas mərhələləri göstərilib. Dağlıq Qarabağ ermənilərinə verilən "Aralıq statusun" mahiyyəti Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Dağlıq Qarabağdakı erməni və azərbaycanlı icmaları uzun müddət birgə yaşamaqla özlərini Dağlıq Qarabağın əsas hüquqi statusunu müəyyən etməyə hazırlayacaqlar. 2 +2 =4 qədər sadə həqiqətdir. Ermənistan tərəfi bu həqiqəti qəbul etmək istəmir. Məhz o səbəbdən də müxtəlif təxribatlara əl atır. Azərbaycanın daxilində insan hüquqlarının pozulması bəhanəsi adı ilə Azərbaycanın imicinə ciddi zərbə vurmaq cəhdləri edir. Avropadakı havadarlarından bu məsələ üçün xeyli grant vəsaiti cəlb edə bilib. Ermənistanın müdafiə və xarici işlər nazirləri Azərbaycanın radikal islamçıları ilə bağlı xüsusi təbliğat planı reallaşdırmağa başlayıblar. Bir məsələ dəqiq aydındır. Ermənistan zəifləyir. Ermənistanın güclənməsi və gücünə görə Azərbaycana yaxınlaşması nəzəri cəhətdən də mümkün deyil. Son telemarafon dünya erməniliyinin ciddi surətdə zəiflədiyini üzə çıxardı. 2013-cü ilin telemarafonunda 21 milyon dollar yardım yığıldığı halda, 2014-cü ildə bu rəqəm 12 milyon dolar oldu. Kifayət qədər ciddi surətlə zəifləmədir. Ermənistan müstəqil dövlətçiliyini itirir. Belə vəziyyətdə Dağlıq Qarabağın ermənilər tərəfindən itirilməsi çox asanlıqla baş verəcəkdir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür