Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Bu gün Qazaxıstanın Aktau şəhərində yerləşən Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində fəaliyyət göstərən "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi" tərəfindən Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Milli.Az bildirir ki, Baş konsulluqdan Trend-ə verilən məlumata görə, universitetin tələbə və müəllimləri, Qazaxıstanın Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri və ziyalıların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbir zamanı Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov, "Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi"nin rəhbəri, universitetin müəllimi Zakir Əkbərov, azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədr müavini Vaqif Əliyev və digərləri çıxış ediblər.
Baş konsul R.Məmmədov öz çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin müstəqillik əldə etdikdən sonra beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb. O, ulu öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində gördüyü işlər, 90-cı illlərdə ölkəmizin qarşılaşdığı ağır faciələrin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirdiyi diaspor və lobbi quruculuğa fəaliyyəti, xaricdə yaşayan həmyerlilərimizlə bağlı arapılan dövlət siyasəti və digər məsələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra digər natiqlər öz çıxışlarında dərin zəka, təcrübə və uzaqgörənliyə malik dövlət xadimi kimi Heydər Əliyevin dünya miqyaslı siyasətçi olduğunu, onun Qazaxıstan-Azərbaycan münasibətlərindəki rolunun əhəmiyyətindən danışıblar.
Tədbir sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də onun muasir Azərbaycanın qurulmasındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)





