Siyasət
Akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının təqdimatı keçirilib - FOTO
6 Dekabr 2014 11:57
Baxış: 1 933
Qazaxıstanın Atırau şəhərində X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən "Azərbaycanın Qazaxıstanda biznes investisiya Assosiasiyası"nın maliyyə dəstəyi ilə Qazaxıstanın dövlət orqanları və ictimaiyyət nümayəndələri arasında böyük marağa səbəb olmuş, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qazax dilinə tərcümə olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının təqdimatı keçirilib.
Baş Konsulluqdan Trend-ə bildiriblər ki, tədbirdə ilk öncə çıxış edən Atırau Dövlət Universitetinin rektoru, professor Beybut Mamrayev "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabını tədbir iştirakçılarına təqdim edərək, əsərin Qazaxıstanda Azərbaycanın tanıdılması sahəsində əhəmiyyətindən, Azərbaycanın müstəqilliyini bərpasından sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən güclü dövlətin yaradılması və iqtisadiyyatın modernləşdirilməsi sahəsində həyata keçirilən siyasi prioritetlərinin işıqlandırıldığını qeyd etmişdir. O, kitabın Qazaxıstan ziyalıları, habelə gənc alimlər tərəfindən Azərbaycanı dərindən tanımaları üçün dolğun nəşrin olduğunu vurğulamışdır.
Daha sonra çıxış edən baş konsul Rəşad Məmmədov kitabın qazax dilində nəşr olunması səbəblərindən danışaraq, Azərbaycanın möhkəmləndirilməsi və inkişafı yolunda qazanılan uğurların qazax içtimaiyyətinə çatdırılmasında kitabın önəmini vurğulamışdır. Baş konsul Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin geniş şərh edildiyi əsərin qazax ziyalıları, elm adamları, gənc alimlər və dövlət qulluqçuları üçün maraqlı olduğunu qeyd etmişdir.
Baş konsul R.Məmmədov kitabın Qazaxıstanın qərb bölgəsində yerləşən vilayətlərin əksər kitabxanaları, ali təhsil müəssisələri, dövlət təşkilatlarına paylanıldığını qeyd edərək, qardaş Qazaxıstan Respublikasında ölkəmizin siyasi prioritetlərinin həyata keçirilməsində atılan addımların işaqlandırılması üçün akademik Ramiz Mehdiyevin qazax dilində nəşr olunmuş "Azərbaycan - 2003-2008: Zaman haqqında düşünərkən" kitabının müfəssəl vasitə olacağını vurğulamışdır.
Tədbirin sonunda görüş iştirakşılarına kitabın nüsxələri paylanılmışdır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Polşa Azərbaycanı Avrasiya logistikasında əsas tərəfdaş kimi tanıdı
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq