Xalqdan danışanlar xalqa xəyanət edəndə
Ukraynada son vaxtlar yaşanan hadisələr postsovet məkanının bütün bölgələrində olduğu kimi, Ermənistana da təsirsiz ötüşməyib. Avropa Birliyinin faktiki olaraq vədlər verərək aldatdığı Ukrayna demokratiyası həm də ABŞ-ın şirnikliəndirmələrinə inandığı üçün əvvəl Krımı itirdi, indi də Donbas bölgəsini faktiki olaraq əldən vermək üzrədir.
Demokratiya, insan haqları və ilaxır bu kimi prinsiplər, dəyərlər və meyarlar, onların normal insan yaşamındakı rolu və yeri, fərdin zərurətlərində nə dərəcə əks olunması ilə bağlı müzakirələr aparmaq olar. Mümkündür, niyə də yox.
Amma müzakirəyə ehtiyac duyulmayan məqam odur ki, Ukrayna Krım yarımadasından məhrum oldu, Avropa və ABŞ da fasiləsiz dəstəkləyəcəyi, hər formada yardım edəcəyi və təzyiqlərin qarşısını alacağını vəd etdiyi Ukraynanı Rusiyanın qarşısında tək qoydu.
Avropa Birliyi və ABŞ-ın sanksiyaları hesabdan deyil: bu addımlar Qərbin Rusiyaya qarşı çoxdan hazırladığı planının tərkib hissəsi idi ki, Ukraynadakı olaylar sadəcə, zahiri səbəb oldu.
Və yenə də zahirən elə göründü ki, Qərbin Rusiyaya qeyzlənməsinin kökündə Ukraynadakı olaylar durur.
Belə deyil.
Həmin hadisələr postsovet məkanındakı yaramaz rejimlərə idarə etdikləri kütləni daha da əzmək üçün dəstəvuz oldu.
Həmin rejimlər kütləni itaətdə saxlamaq, vətəndaş olaraq hüquqlarını tələb etmək niyyətinə düşən insanları qorxutmaq, ram etmək, kölə durumunda saxlamaq üçün malik olduqları bütün vasitələrdən yararlanmaqdadır.
Rusiya da Cənubi Qafqazdakı itaətində və tam nəzarətindəki ölkəni, quberniyaya döndərdiyi Ermənistanı daha sərt kontrolda tutmaq üçün Avrasiya İqtisadi Birliyi (AİB) idefiksindən bəhrələnir.
Bunu Yerevandakı rejim bilir və situasiyadan istifadə edərək hakimiyyətini möhkəmləndirməyə can atır.
Ermənistan prezidenti Serj Sarkisyanın iqtidarının mənsubları və funksionerlərinin dediklərinə görə, AİB-ə üzvlük onların ölkəsinin təhlükəsizliyinin təminatını "keyfiyyətcə tam yeni səviyyə"yə qaldırıb.
Nə qədər paradoksal olsa da, erməni müxalifəti və parlamentdə təmsil olunmuş "qeyri-hökumət qüvvələri" də eyni məzmunda çıxışlar edirlər.
Onlar Ukraynadakı olayları misal gətirir, söyləyirlər ki, bəs Yerevan "məntiqli və zəruri addımı atmasaydı" ukraynalıların qarşılaşdıqları problemləri yaşayacaqdılar. Bu səbəbdən də sən demə, AİB-ə qatılmamaq Ermənistan üçün çox riskli qərar olardı.
Səthi, primitiv yanaşmadır və Yerevandakı rejimi bunu "realpolitik" kimi qələmə verir, ölkənin problemlərinin həllinin effektiv vasitəsi sayır və vətəndaşlara təlqin etməyə can atır ki, Rusiyanın rəhbərliyi ilə Qazaxıstan və Belarusla da yaxınlaşma ermənilərin yaxın perspektivdə inkişafına, uzaq perspektivdə isə dövlətlə cəmiyyətin qarşısına qoyduğu məqsədlərə çatmasına təkan verə bilər.
Yalanlar, problemlər barədə mifoloji təsəvvürlər gerçəklik kimi kütləvi şüura yeridilir.
Yerevandakı rejimin mövqeyi bəlli: Sarkisyan iqtidarı özünü qorumaq, mövqelərini dağılmaqdan qurtarmaq üçün istənilən yalanı söyləməyə hazırdır və bunu edib, indi də edir.
Belə vəziyyətdə Ermənistanda özlərini müxalifət partiyaları və qeyri-hökumət təşkilatlarının da S.Sarkisyan rejiminin Avrasiya İqtisadi Birliyi ilə bağlı mövqeyini aşkar, yaxud üstüörtülü şəkildə dəstəkləyən bəyanatlarla çıxış etmələri, hansısa "arqument"lərlə danışmaları ən azı qəribə təsir bağışlayır.
Halbuki başda Erməni Milli Konqresi və Daşnaksutyun olmaqla, "müxalifət" partiyalarının "realpolitik" barədə anlayışları kökündən yanlışdır. Belə siyasətin kökündə dövlətin və cəmiyyətin maraqları durur.
Gərçi erməni müxalifəti həqiqətən də dövlətin maraqlarını və xalqın mənafeyini düşünürsə, onda ölkənin AİB-ə qatılmasına qarşı birmənalı etirazını bildirməlidir.
Nədən ki, Rusiyanın postsovet məkanındakı təsir rıçaqlarının bərpasına yönəlmiş bu qondarma quruma Ermənistan Moskvanın təhdidləri və şantajı "sayəsində" qatılıb. Rusiya Ermənistanın hakimiyyət dairələrini hədələyib, cəmiyyətinə isə inkar cavabı veriləcəyi təqdirdə yarana biləcək fəsadlarla bağlı kobud mesajlar ötürüb.
Serj Sarkisyan həqiqətən də reallıqları nəzərə alan siyasət yürütsəydi, təhqir, təhdid və şantajlara qarşı sinə gərərdi.
Gərmədi və növbəti dəfə dövlətin maraqlarını başçılıq etdiyi dəstənin mənafelərinə qurban verdi.
Müxalifət qüvvələri, çoxsaylı partiyalar və təşkilatlar, habelə qeyri-hökumiət qurumları və ictimai strukturlar da yaranmış situasiyada öz maraqlarını öndə tutaraq ermənilərlə Ermənistana xəyanət etdilər. Onlar öz aralarındak ıdidişmələri dayandırmağa, boğuşmalara son qoymağa cürət və ağıl tapmayaraq Rusiyanın təzyiqi qarşısında geri çəkildilər.
Halbuki azacıq müqavimət yetərdi ki, Ermənistanda sözdə yox, əməldə etiraz aksiyaları başlayaydı və Moskvada Qərbin sanksiyaları nəticəsində düçar olduğu çətin durumu cənub forpostundakı qarşıdurmalarla daha da ağırlaşdırmaq istəməyərək müvəqqəti olsa belə, sakitləşəcəkdi.
Dövlətə qarşı yönəlmiş təhdidlərlə cəmiyyətə ünvanlanmış şantaj əslində həmin ölkəyə hücumdur. Müharibə heç də həmişə dövlət sərhədlərinin pozulması, top-tüfəngin işə salınması deyil.
Rusiyanın Ermənistanı AİB-ə qatılmasına vadar etməsi də faktiki olaraq elan olunmamış müharibə sayıla bilər.
Belədə erməni müxalifəti ölkənin Avrasiya İqtisadi Birliyinə qatılmasına qarşı çıxmalı, dövlətin maraqlarının keşiyində durmalı və Sarkisyan rejiminin idiotik qərarlarının qəbuluna imkan verməməliydi.
Bütün bunların əvəzində erməni müxalifəti yenə hakimiyyətlə sövdələşdi və xalqa arxa çevirdi.
Sonuncu dəfəmi?
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





