Əli Həsənov: "Ermənistan xalqı bu münaqişədən heç nə qazanmadı"
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ilə görüşüb.
Milli.Az bildirir ki, Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli istiqamətində göstərilən səylərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanla Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov bildirib ki, ölkələrimizin münasibətlərinin daha da dərinləşdirilməsi üçün yaxşı potensial var: "Qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə xidmət edir".
Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verib: "Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnaməsində, həmçinin ATƏT, AŞPA və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın təcavüzkar siyasəti pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır".
Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb: "Bir sözlə, ötən 20 ildə Ermənistan xalqı bu münaqişədən heç nə qazanmayıb, əksinə çox şey itirib".
Böyük Britaniyanın bir çox humanitar təşkilatlarının Azərbaycandan olan məcburi köçkünlərə yardımlar etdiyini xatırladan Ə.Həsənov buna görə təşəkkürünü bildirib.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışan komitə sədri bildirib ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faiz idisə, görülən tədbirlər nəticəsində bu gün bu rəqəm 5 faizə endirilib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll edilməməsinin təəssüf doğurduğunu deyən D.Lidinqton bildirib ki, dünya ictimaiyyəti bu münaqişəyə daha çox diqqət ayırmalıdır. Nazir Böyük Britaniyanın münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət münaqişənin həllinə kömək etməlidir. Hazırkı status-kvonun davam etməsinin tərəflər üçün xeyri yoxdur.
Görüşdən sonra D.Lidinqton Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olub. O, burada məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə tanış olub.
Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan D.Lidinqtonun diqqətinə çatdırılıb ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi deyib ki, onların yeganə arzusu doğma torpaqlarına qayıtmaqdır.
Sonra qonaq Abşeron rayonunun Masazır qəsəbəsində köçkün ailəsi üçün salınmış məhəllə ilə tanış olub. Qonağa 760 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllədə yaradılmış şərait barədə də məlumat verilib. D.Lidinqton məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlər üçün yaradılmış şəraitlə maraqlanıb, tədris prosesi ilə tanış olub, şagirdlərlə söhbət edib.
Britaniyalı nazir məhəllədə tikilmiş 280 yerlik uşaq bağçasında da olub. Məlumat verilib ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib. D.Lidinqton Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə tanış olub. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





