Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1040-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli 1040-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Milli.Az
Siyasət
Prezident İlham Əliyev "Bank olmayan kredit təşkilatları haqqında" sərəncam imzaladı
4 Noyabr 2014 18:51
Baxış: 1 740
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək?
-
“Zayed” mükafatı ilə Azərbaycan Cənubi Qafqazda sülh modelini təsdiqlədi
-
İlham Əliyev və Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşılıb - VİDEO
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - VİDEO - FOTO
-
Prezident İlham Əliyev: Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir
XƏBƏR LENTİ
-
Avtomobilini başqasına verənlərin nəzərinə
-
Güllələnən müəllimin FOTOsu - 29 yaşı var
-
"Dostlarım var ki, pulu ütüləyib saxlayırlar"
-
Bakıda yarım kiloqramlıq körpə doğuldu
-
İdrak liseyinin önündən GÖRÜNTÜLƏR
-
Güllələnən müəllimin vəziyyəti orta ağırdır - KTM-dən AÇIQLAMA
-
İdrak Liseyindəki insidentlə bağlı cinayət işi başlandı - YENİLƏNİB - VİDEO
-
İdrak liseyi kimindir? - FOTO
-
“Fatihin ayılmamağı daha yaxşı oldu”
-
DİN-dən liseydəki silahlı insidentlə bağlı AÇIQLAMA
-
Pol Poqba heyətdən kənarlaşdırıldı
-
Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib - Direktordan AÇIQLAMA
-
"2 dəfə evləndim, yenə "ər çörəyi" yeyə bilmədim"
-
Milli Məclisin plenar iclasında hansı məsələlər müzakirə ediləcək?
-
Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
-
Maaşımızdan tutulan pullar hara və necə gedir? - AÇIQLANDI
-
Kripto bazarında “qara həftə”: Bitcoin 65 min dolların altında
-
"Barselona" maaşını azaltmaq istəyir
-
Bakının məşhur klinikaları milyonlarla vergi borcunda - SİYAHI
-
ABŞ vətəndaşlarına çağırış etdi: "İranı dərhal tərk edin!"
-
Türkiyədə zəlzələ oldu
-
“Zayed” mükafatı ilə Azərbaycan Cənubi Qafqazda sülh modelini təsdiqlədi
-
Yas mərasimləri ilə bağlı YENİ QAYDA: Yalnız çay süfrəsi...
-
Əfqanıstanlı özünü qazax kimi təqdim edərək mənzil aldı





