Siyasət
Avropanın hörümçək toru və ya Torbörn Yaqlandın ziddiyyətləri
4 Noyabr 2014 13:48
Baxış: 1 229
Bu Avropa institutları düzələn deyil ki, deyil. Ağızlarına nə qədər bal töksən də, elə hey deyirlər, zəhərdir. Bilmirsən, Azərbaycanda iki-üç nəfərin əslində pozulmamış hüquqlarının dalınca düşən Avropanın məqsədi nədir? Amma bir onu bilirəm ki, dərdləri insan hüquqları deyil, nədirsə, öz istəkləridir ki, ala bilməyəndə insan hüquqlarını atırlar ortaya.
Bunun bariz nümunəsi Avropa Şurasının baş katibi Torbörn Yaqlandın yenə xarici KİV-də Azərbaycana daş atmasıdır. Ay Torbörn Yaqland, xahiş-minnət elədin, Azərbaycan da sənin bu xahişini nəzərə alıb insan hüquqları üzrə işçi qrupunun fəaliyyətini bərpa etdi, sən də sevincək alqışladın, üstündən bir ay keçməmiş yenə gedib Azərbaycan barədə qeybətə başlamısan, zamana ehtiyac var ki, bir işçi qrupu bir az işləsin, özünü doğrultsun.
Bu, bir daha onu göstərir ki, Avropa institutları Azərbaycanla bağlı səmimi deyil, heç vaxt da olmayıblar. İşləri-gücləri ancaq Azərbaycanda iki-üç agentinin hüquqlarını müdafiə etməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan çox qaçqın və məcburi köçkün kimi problemi qalıb bir qıraqda, Avropa elə hey yapışıb vətənə xəyanət edən, Azərbaycanda sabitliyi pozan, xarici təşkilatlara işləyən bir neçə saxta hüquq müdafiəçisindən.
Hələ ermənilərin Kəlbəcərdə öz doğma torpaqlarına getdiklərinə görə girov götürdükləri azərbaycanlıları demirəm. Görün Avropa institutları səslərini çıxarırmı? İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Görün, heç Torbörn Yaqland ağzını açıb bu barədə bir kəlmə deyibmi? Neyləyir, nəyinə lazımdır, bu ki onun maraqlarına xidmət etmir.
Bəzi Avropa institutları, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasəti kölgə altına almağa çalışırlar. Necə olur ki, bu gün regionda Azərbaycandan çox insan hüquqları sahəsində Avropa ilə əməkdaşlıq edən yoxdur, Azərbaycandan çox Avropa institutlarının tövsiyələrini nəzərə alan yoxdur, amma Avropanın ağzı düzəlmir ki, düzəlmir. Heç düzəlməyəcək də, çünki onlar əslində Azərbaycanın xeyrini deyil, öz maraqlarını güdürlər.
Torbörn Yaqland kimiləri Azərbaycanı hörümçək toru kimi tələyə salıb öz istəklərini həyata keçirməyə çalışırlar. Ancaq buna nail olmayacaqlar. Artıq Azərbaycan o Azərbaycan deyil ki, onu tora sala biləsən.
Azərbaycan kiməsə görə öz milli maraqlarını qurban verən deyil. Qoy Avropa institutları nə qədər qışqırır-qışqırsın. Təki Azərbaycanın bugünkü sabitliyi və inkişafı davam etsin.
Elçin Mehdiyev
Trend

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi