Siyasət
"The Hill": "Vaşinqton Azərbaycanı regionun başqa ölkələrindən daha çox tənqid etməyə çalışır"
4 Noyabr 2014 12:14
Baxış: 745
O faktı qeyd etməmək çətindir ki, Vaşinqton regionun başqa ölkələrindən daha çox Azərbaycanı tənqid etməyə cəhd göstərir.
Trend xəbər verir ki, bu barədə İsrailin "Netsmart" nəşrinin baş redaktoru Maayan Yaffenin "The Hill" qəzetinin saytında yerləşdirilmiş məqaləsində deyilir.
Müəllif yazır: "Hətta indi Vaşinqtonun ən qatı düşməni İranın ünvanına tənqidlər ABŞ-ın müttəfiqi Azərbaycana tənqidlərdən daha az səslənir. Bundan başqa, ABŞ, görünür ki, Azərbaycanın qonşusu, repressiyaların gücləndiyi, Rusiyanın xeyrinə öz suverenliyini qurban verən, həqarətli şərtlər altında Gömrük İttifaqına qoşulan Ermənistandan çox razıdır".
Məqalədə deyilir ki, ədalətli olaraq, bütün bunlar azərbaycanlılara yaxşı əlaqələndirilmiş neqativ kampaniya kimi görünür. "Yəhudi dövlətinə qarşı yaxşı maliyyələşdirilmiş kampaniya məsələsində İsrailin təcrübəsini nəzərə alaraq, belə şübhələr təəccüb doğurmamalıdır".
İsrail ilə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət ölkə olan Azərbaycan arasında münasibətlər Avropada, indi də ABŞ-da müsəlmanların son antisemit çıxışlarını nəzərə alaraq, bir növ ümid işıltısıdır.
Müəllif yazır ki, sentyabrın ortalarında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla yəhudi dövləti ilə müsəlman ölkəsi arasında sıx əlaqələr barədə danışmaq üçün Nyu-Yorka, Vaşinqtona, Kolumbiya dairəsinə və Filadelfiyaya birgə səfərlər məqsədilə görüşmüşdülər.
Danışıqlar zamanı Süleymanov qeyd etmişdi ki, onun ölkəsi Amerika administrasiyası və KİV tərəfindən insan haqları məsələsində tez-tez və haqsız tənqidlərin obyektinə çevrilir.
Müəllif yazır ki, Azərbaycan xalqı özünün bütün tarixi ərzində təkcə Qərb üçün deyil, həm də yəhudilər üçün açıq olub. Azərbaycanda antisemitizm yoxdur.
Məqalədə deyilir: "İsrail özünün neftə olan tələbatının 40 faizini Azərbaycanın hesabına təmin edir. Və HƏMAS-la son müharibə baş qaldıranda və bir çox ölkələrin təyyarələri İsrailə uçuşları dayandıranda Azərbaycan uçuşları davam etdirdi".
E.Süleymanovun sözlərinə görə, Qərb tez-tez Azərbaycanda dünyəvi və açıq cəmiyyətin qorunub saxlanmasını səhv anlayır. Müəllif yazır: "Daha açıq cəmiyyətin saxlanması ilə bağlı həmin səylər siyasi təzyiq kimi tənqid edilir".
Yaffe yazır ki, yəhudilərin daha çox təcrid edilmiş kimi göründüyü və İsrailin tez-tez müsəlman ekstremizminin məhv edilməsi üçün tək mübarizə aparmalı olduğu vaxtda müsəlmanların və yəhudilərin bir yerdə yaşaya bildiklərini və İsrailin Azərbaycanın şəxsində tərəfdaşa malik olduğunu bilmək xoşdur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi