Bu barədə Trend-ə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı Torbörn Yaqlandın Britaniyanın "Qardian" qəzetində Azərbaycana qarşı tənqidi fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib."Mən belə deyərdim ki, Avropa Şurasının baş katibi Torbörn Yaqland bir qədər tələskənliyə yol verib"
S.Bənənyarlı hesab edir ki, əslində, işçi qrupun fəaliyyətini gözləmək lazım idi: "Təəssüf ki, belə fikirlər səslənib. İmkan vermək lazım idi ki, işçi qrupu bir az fəaliyyət göstərsin, özünü doğrultsun. Amma təəssüflər olsun ki, Azərbaycanın "dostları" bu səpkidə fəaliyyətlərini davam etdirirlər, çox təəssüf ki, bu gün əsasən xarıcdəki lobbi bu işləri aparır".
Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində lazımi addımlar atır, Avropanın tövsiyələrini nəzərə alır: "Ancaq işçi qrupunun yaradılmasından bir neçə gün sonra Torbörn Yaqlandın Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikir səsləndirməsi doğru addım deyil".
Milli.Az