Siyasət
Arif Hacılının qarşısına şərt qoyuldu
3 Noyabr 2014 14:26
Baxış: 845
"Müsavat Partiyasında vəziyyət belə davam edərsə, rəhbərlik hazırkı mövqeyini dəyişməyəcəksə, mütləq fraksiya yaranmalıdır". Bu barədə Trend-ə Musavat başqanlığına keçmiş namizəd Tural Abbaslı deyib.
Seçkidən sonra bu günə qədər bir aydan çox bir vaxt keçdiyini deyən T.Abbaslı hesab edir ki, bu, partiya başqanı üçün yetərli vaxt idi ki, partiyanın birgəliyini təmin edə, narazı tərəfləri razı sala bilsin, yəni ümumi bir birləşdirici mövqe tuta bilsin:
"Yeni başqanın bu mövqeyini ortaya qoymaq və bütöv bir Müsavatın başqanı olmasını sübut etmək üçün kifayət qədər vaxtı var idi. Mən Qubad İbadoğlunun seçkilərlə bağlı mövqeyinin haqlı və ya haqsız olduğuna rəy bildirmək istəmirəm, amma hər halda narazılıq varsa və bu elektoratı görməzlikdən gəlmək, partiya rəhbərliyində təmsilçilikdən tutmuş istefa verənlərərə dair mövqelər və partiya daxilində qarşıdurmanın aradan qaldırılması istiqamətində atılan addımlar məni qane etmədi. Mən Arif Hacılı ilə bir dəfə görüşmüşəm və bunları orada da qeyd etmişdim. Yəni seçkilərdən sonra yeni başqanın sərgilədiyi mövqeni bəyənmirəm və düşünürəm ki, bu gedişlə getsə, partiyaya ciddi ziyan dəyəcək. Odur ki, biz bu səbəbdən fraksiyanın yaradılması və narazı kəsimin öz fikrini bildirməsi üçün bir platformanın olmasını düşündük. Buna görə fraksiyanın yaradılmasının tərəfdarıyıq".
T.Abbaslı əlavə edib ki, seçkidən, seçkidən sonrakı proseslərdən, partiyadakı indiki vəziyyətdən narazı insanlarla görüşlər keçirilir: "Məsləhətləşmələrimiz olub, yəqin ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyinə cavab bildirəndən sonra bizim fraksiyanın yaradılması istiqamətində danışıqlarımız daha intensiv aparılacaq. Biz rayon təşkilatlarının rəhbərləri ilə, ümumilikdə müsavatçılarla görüşlərimizi davam etdirəcəyik".
Onun sözlərinə görə, əsas məqsəd partiya daxilindəki demokratik mühitin qorunması, partiyadakı təmsilçiliyin bir əldə olması yox, müxtəliffikirliliyin təmin olunmasıdır: "İnsanlar öz etirazlarını bildirməyə platforma tapmayanda son çıxış yolu kimi istefa verirlər və son bir ay ərzində də kifayət qədər istefalar olub. Fraksiyanın ən azından bu xeyri olacaq ki, istefaların qarşısı alınacaq. İnsanlar istefa verməyəcəklər, gəlib fraksiyada öz etirazlarını bildirəcəklər".
Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayından narazı qalan üzvlər seçkilərdə baş vermiş pozuntularla bağlı partiyanın mərkəzi nəzarət-təftiş kommisiyasına arayış göndərib.
MNTK isə qurultaydakı pozuntularla əlaqədar təqdim edilən arayışda heç bir nizamnamə pozuntusuna rast gəlinmədiyini bəyan edib.
Qurultaydan narazı qalanlar isə MTKN-nın rəyinə noyabrın 8-də münasibət bildirəcəklərini və bundan sonrakı mövqelərini bəyan edəcəklərini vurğulayıblar.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi