Siyasət
Politoloq: "Qovulmuş azərbaycanlıların Ermənistana qayıtması onun bütün problemlərini aradan qaldırır"
3 Noyabr 2014 11:26
Baxış: 840
"Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov maraqlı açıqlama ilə çıxış etdi. O, kommunikasiyanın Gürcüstan ərazisi vasitəsilə baş tutmasını mümkün hesab etsə də, tam təsdiqləyici münasibət bildirmədi. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Ermənistan arasında kommunikasiya məsələsinin RF, Gürcüstan, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirakı ilə noyabrda Tbilisidə müzakirə olunacağını bildirdi".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, Türkiyənin və ya İranın Ermənistanla Aİİ arasında tranzit ərazisi olması sadəcə formallıqdır: "RF prizmasında Ermənistanla ən etibarlı kommunikasiya Azərbaycandan keçən kommunikasiyadır. Azərbaycan sabit siyasət aparır. Bu istiqamətdə Azərbaycanın kifayət qədər resursu var. Azərbaycan siyasətini müstəqil aparır. İmzaladığı müqavilələrə sadiqdir. Əgər RF ilə Azərbaycan arasında Ermənistana tranzit barədə müqavilə imzalanarsa, bu, şəksiz fəaliyyət göstərəcəkdir. Lakin belə müqavilənin imzalanması üçün Ermənistanın Azərbaycan torpaqlarının işğalından imtina etməsi lazımdır. Azərbaycan torpaqları işğal altında qaldıqca Rusiyanın Ermənistana verdiyi qazın bir qisminin Dağlıq Qarabağa nəql olunması da hüquqi problem yaradır. Ona görə Rusiya qətiyyətli addım atmaqla həm Azərbaycan ərazisi vasitəsilə Ermənistana etibarlı kommunikasiya əldə edir, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində hüquqi sənəd əldə edə bilir. Bunun əks üzü Rusiya üçün həm kommunikasiya, həm də Dağlıq Qarabağa qaz nəqli məsələsində iki iri problem qazanmaq deməkdir. Gürcüstan Aİİ-lə Ermənistan arasında tranzit rolunu oynaya bilməz. Bu Gürcüstanın apardığı siyasətə ziddir. Gürcüstan çox qazanmaq istəyir. Öz ərazisində Rusiyadan Ermənistana keçən qazın tranzitinə müəyyənləşdirdiyi tarif dünyada ən yüksək tariflərdən biridir. Ermənistan yüklərinin keçməsi üçün aşağı tarif müəyyənləşdirəcəksə, bu Azərbaycanın reaksiyasına səbəb olacaq. Azərbaycan Gürcüstanla əlaqələrində müəyyən dəyişikliklər edə bilər. Digər tərəfdən Gürcüstan Aİİ-yə qarşı siyasi mübarizə aparması da daha çox ehtimal olunandır. Rusiya-Gürcüstan münasibətlərinin yaxın gələcəyini heç kim proqnozlaşdıra bilməz. A.Belyaninovun açıqlamasında daha iki maraqlı parametr var. Birincisi, o yenicə təyin etdiyi xüsusi nümayəndəsinin Ermənistanla Dağlıq Qarabağ arasındakı gömrük məntəqəsinə baş çəkəcəyini bildirdi. Bununla da Ermənistanla Dağlıq Qarabağ arasında Gömrük məntəqəsinin fəaliyyətə başlaması istiqamətində praktiki işlərin getdiyini təsdiq etdi".
Politoloq bildirib ki, Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryanın da açıqlamalarından Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsinin tikildiyini başa düşmək olur. Diqqətçəkən digər məqam: "Ermənistanın-Azərbaycan, Ermənistan-Gürcüstan sərhədlərini də əhatə edən 193 ha ərazi Ermənistan hökumətinin yeni qərarı ilə RF sərhədçilərinə verildi. İkincisi, o Ermənistan gömrükçüləri ilə əsas müzakirə mövzusunun işlək dil mövzusu olduğunu bildirdi. RF gömrükçüləri Qazaxıstan və Belarusla Gömrük İttifaqı çərçivəsində əlaqələrini rus dilində qurublar. Ermənistan isə işçi dilin erməni dili olmasını tələb edir. Rəsmi Yerevanın rus dilinə qarşı belə mövqeyi rəsmi Moskvada Ermənistana qarşı yeni qıcıqlar yaradacaqdır. Ermənistanda monoetnikliyi rus dilinin ikinci dil kimi qəbul edilməsinə əsas maneə hesab edirlər.
Vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıları öz ərazilərinə qaytarmaqla Ermənistanı polietnik dövlətə çevirmək olar. Bununla da rus dilinin ikinci rəsmi dil olması üçün etnopsixoloji və hüquqi əsaslar yaratmaq olar. RF bu addımı atmaqla işin ən asan variantına nail ola bilər. 1987-ci ilin Quqark hadisələrindən başlayaraq 320 min azərbaycanlı o zamankı Ermənistan SSR-in ərazisindən deportasiya olunub. Vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların azsaylı olmayan hissəsi indi RF ərazisində yaşayır. Onların içərisində RF vətəndaşlığını qəbul edənlər də az deyil. Bu isə həmin azərbaycanlıların Ermənistana qaytarılması və təhlükəsizliyinin təmin olunması işini xeyli asanlaşdırır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi