Siyasət
Erməni təcavüzü Argentinanın "La Nacion" qəzetində
2 Noyabr 2014 10:25
Baxış: 1 132
Noyabrın 1-də Argentinanın ən populyar KİV-i olan "La Nacion" qəzeti səfir Məmməd Əhmədzadənin erməni səfirinin fikirlərinə cavab olaraq növbəti məktubunu dərc edib.
Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan diplomatı bildirir ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və qondarma "DQR" Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün qanunsuz olaraq yaradılmış və heç bir ölkə tərəfindən tanınmamış separatçı rejimdir. Yazıda vurğulanır ki, 1988-ci il SSRİ dönəmində Ermənistan SSR Azərbaycan SSR-yə qarşı əhalisi azərbaycanlılar və ermənilərdən ibarət olan Azərbaycanın Dağlıq Qarabağ əyaləti ilə bağlı ərazi iddiaları irəli sürür, eyni zamanda 250 min azərbaycanlını da Ermənistandan deportasiya edir. "SSRİ-nin dağılmasından sonra isə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz həyata keçirərək Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu - ölkəmin ərazilərinin 20 faizini işğal edir. Bu işğal nəticəsində həmin ərazilərdəki 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalaraq məcburi köçkünə çevrilir. İşğal prosesində Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımını törədir", - deyə Azərbaycan səfiri qeyd edir.
M.Əhmədzadə bildirir ki, öz təcavüzünü ört-basdır etmək üçün Ermənistan xalqların öz müqəddəratını təyin etməsi prinsipindən istifadə etməyə çalışır. "Erməni xalqı Ermənistan dövləti yaratmaqla artiq öz müqəddəratını təyin edib və Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılması qəbuledilməzdir. Bundan başqa, ermənilərin yaşamadığı ətraf rayonların işğalı və həmin ərazilərdən də bütün azərbaycanlıların qovulması onu göstərir ki, Ermənistanın xalqların öz müqəddəratını təyin etməsi prinsipinə istinad etməsi absurddur. Xalqların öz müqəddəratını təyin etməsi prinsipi Dağlıq Qarabağa azərbaycanlıların qaytarılmasını tələb edir. Dağlıq Qarabağ xalqı deyilən bir anlayış yoxdur, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları deyilən anlayışlar vardır və azərbaycanlı icması da oradan qovulmuşdur. Ermənilərin Dağlıq Qarabağdan azərbaycanlıları qovaraq orada öz müqəddaratını təyin etməyi tələb etmələri yolverilməzdir", - deyə yazıda qeyd olunur.
Diplomat, habelə bildirir ki, Dağlıq Qarabağa azərbaycanlılar qaytarıldıqdan sonra hər iki icma Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət ala, sülh və ləyaqətlə yaşaya bilərlər və məsələnin yalnız bu cür həlli ədalətlidir və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş çoxsaylı sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnamasinə və Helsinki Yekun Aktına uyğundur.
M.Əhmədzadə vurğulayır ki, Azərbaycan BMT Nizamnaməsinə, xüsusilə də onun 51-ci maddəsində təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin sülh yolu ilə həllinə tərəfdardır, bu xüsusda 20 ildən artıqdır ki, hələ də heç bir nəticə verməyən danışıqlar prosesində iştirak edir. "Münaqişənin nizamlanmasına ən böyük əngəl Azərbaycan ərazilərində Ermənistan hərbi qüvvələrinin qalmasıdır. Bu qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması münaqişənin nizamlanmasının açar elementləridir. XXI əsrdə beynəlxalq ictimaiyyət hərbi güc tətbiq etməklə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini qəbul etmir", - deyə diplomat fikirlərini tamamlayır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır
-
Vaşinqton Paşinyanı Azərbaycanla sülhə belə razı salıb – Şok iddia
-
Onlar Moskvaya konkret təkliflə gedirlər - Tramp
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü