Siyasət
Mübariz Əhmədoğlu: "Ermənistan rəhbərliyi Qazaxıstan prezidentinə qarşı təhqirli münasibət nümayiş etdirir"
31 Oktyabr 2014 12:31
Baxış: 1 814
"Ermənistan siyasilərinin fikrincə, Avrasiya İqtisadi Birliyinin təsisçiləri RF, Qazaxıstan və Belarus Ermənistana yaxşı münasibət bəsləmir, qeyri-dostlardır. AİB-in hər üç təsisçisi Azərbaycana daha üstün dəyər verir".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, hakimiyyətə yaxın ekspertlər belə düşünürlər ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə bağlı yazılan yazıların sayı əndazəni aşıb, bu mövzuda yazılan yazıların böyük əksəriyyəti erməni jurnalistlərin təxəyyülünün məhsuludur. Ermənistanın isə AİB-ə üzv olmasının əsas səbəbi məhz Dağlıq Qarabağı özündə saxlamaq istəməsidir. Azərbaycan heç zaman AİB-ə üzv olmayacaq. Amma bununla belə üzv olacağı təqdirdə dərhal Dağlıq Qarabağı geri qaytaracaqdır:
"Qazaxıstan prezidenti N.Nazarbayevin adı neqativ tonda daha çox hallandırılır. Hətta Yerevana yaxın kəndlərin birində N.Nazarbayevin adına olan küçənin adının dəyişdirilməsi məsələsini aktuallaşdırıblar. Küçənin N.Nazarbayevin adına qoyulmasının səbəbi isə əslən həmin kənddən çıxmış erməninin Qazaxıstanda konyak zavoduna N.Nazarbayev tərəfindən direktor təyin olunmasıdır. Qazaxıstandakı erməni diasporunun inkişafı və fəaliyyəti də məhz həmin erməninin hesabınadır. Qazaxıstandakı erməni diasporu isə Mərkəzi Asiya regionunda dayaq rolundadır".
Onun sözlərinə görə, AİB-in Minskdəki sammiti zamanı N.Nazarbayevin Ermənistanın AİB-ə üzvlüyündə bütün məsələlərin razılaşdırıldığını deməsi bir neçə istiqamətli yozumlara şərait yaradıb: "N.Nazarbayevin dediyi konsensus AİB-in təsisçiləri olan Qazaxıstanla RF arasındadır, Ermənistanın bu məsələdə rolu və iştirakı yoxdur. RF Ermənistan-Azərbaycan sərhədini öz nəzarətinə götürür. Ermənistan-Azərbaycan sərhədinin Rusiya tərəfindən mühafizəsi Dağlıq Qarabağı Ermənistandan ayırıb Azərbaycana qaytaracaq, amma bu proses qəfildən deyil, tədricən baş verəcəkdir. Bu səbəbdən N.Nazarbayev iddiasından geri çəkildi və kompromisdən danışdı. Ermənistanın rəsmi təmsilçiləri bu kompromisin mahiyyətini açıqlamaqdan imtina edirlər. Amma kompromisin Ermənistanın xeyrinə olduğunu başa salmağa çalışırlar. Parlamentin spikeri Q. Saakyan və baş nazir O.Abramyanın jurnalistlərin bu mövzudakı suallarına cavab verərkən N.Nazarbayevə qarşı təhqirli münasibət bildirmələri də göstərir ki, N.Nazarbayevin mövqeyində baş verən dəyişiklik Ermənistanın xeyrinə deyil.
Qazaxıstanın və N.Nazarbayevin nüfuzu MDB məkanını çoxdan aşıb. N.Nazarbayevin təkcə "Avropa-Asiya" forumunda verdiyi ideyaların mahiyyətini S.Sarkisyanın dərk etməsi müşkül məsələdir. Dünyanın yeni arxitekturası və xəyanət fərqli müstəvilərdədir. Amma bir şey bəllidir: Erməni etnokriminallığının RF və ABŞ-da yayılma sürəti N.Nazarbayevin ideyalarının dünyada yayılma sürətindən daha çoxdur".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir