Siyasət
Azərbaycana düşmən kəsilən "Ağsaqqallar Şurası" reallıq hissini itirib - SİYAHI
31 Oktyabr 2014 09:18
Baxış: 2 802
İngilis təbiətşünas və səyyah Çarlz Robert Darvin təkamül nəzəriyyəsini açıqlayanda "bütün canlılar zaman keçdikcə dəyişir, təkmilləşir, şəraitə uyğunlaşırlar" demişdi.
Darvin səhv etmişdi, çünki zaman keçdikcə əsla dəyişməyən və yaşadığı şəraitə uyğunlaşmaq əvəzinə, şəraiti özünə uyğunlaşdırmağa çalışıb cəhdlərini şizofreniya həddinə çatdıranlar da var.
Azərbaycanı separatçılıq burulğanına sürükləmək, minillərdən üzübəri birlikdə yaşayan xalqları düşmən kəsdirmək, sifariş aldıqları sahiblərinin və göstərişləri əsasında hərəkət etdikləri yiyələrinin buyruqlarını yerinə yetirib əməllərinin nəticələrini təxminləmək şüuruna malik olmayanların hərəkətləri də təkamüldən kənardır.
Belələri hələ də anlamayıblar ki, ölkəmizdə federasiya, konfederasiya yaratmaq, yaxud da Azərbaycanı milli qarşıdurmalar zəminində parçalamaq və məhv etmək çox siyasi təlxəklərlə müxtəlif qüvvələrin buyruq qullarının arzusu olsa da, həmin niyyətlər iflasa uğrayıb.
Əlikram Hümmətov sakitləşmir. Onun mövcud gerçəkliyi dərk etmək imkanlarına malik olmayan şüuru hələ də "Talış-Muğan Respublikası" marazmı ilə yaşayır və bu istiqamətdə addımlarını idarə etməyə çalışır.
Azərbaycana düşmən kəsildiyi üçün ölkəni tərk edən və Hollandiyada yaşayaraq özünü "siyasi mühacir" adlandıran Ə.Hümmətov Dağlıq Qarabağ müharibəsində "iştirak"ından danışmağı çox sevsə də, ermənilərlə olduqca sıx işbirliyindədir.
Separatçı ilə erməni terrorçularının əməkdaşlığı o səviyyədədir ki, Xankəndidə Ə.Hümmətov və onun kimi Azərbaycan düşmənlərinə məxsusi olaraq "Talışıstanın səsi" radiostansiyası yaradılıb.
Kiçik otaqda fəaliyyət göstərən bu "radiostansiya"nın fəxri qonaqları arasında, təbii ki, Əlikram Hümmətov əlahiddə yer tutur.
Mifik "Talışıstan"ın ermənilərin nizamladığı "səs"i ilə danışan Ə.Hümmətov Xankəndiyə hər səfərində Azərbaycana nifrət püskürür, guya ölkədə milli azlıqların hüquqlarının pozulmasından danışır.
O, oğlunu da özü ilə Xankəndiyə aparır.
Ə.Hümmətov təki separatçı oyuncaqların səhnədə görünmələri Azərbaycanın mövcudluğu ilə barışa bilməyən qüvvələri qane etmədiyindən onlar fəaliyyətlərini daha geniş spektrdə reallaşdırmaq üçün Moskvadakı talış separatçılarına verilmiş göstəriş əsasında yaradılan "Talış Ağsaqqallar Şurası"ndan da bəhrələnməyə çalışırlar.
Hazırlanmış ssenariyə görə, "Talış Ağsaqqallar Şurası"nın (TAŞ) üzvləri talış xalqının müdafiə edilməsində və AR-in ictimai-siyasi həyatında mühüm rol oynamalı, gələcəkdə Azərbaycanda federativ dövlət quruluşunun yaradılması və nəticədə "Talış Muğan Respublikası"nın siyasi muxtariyyət əldə edilməsi istiqamətində fəaliyyət göstərməlidirlər.
TAŞ-ın üzvləri mütəmadi olaraq kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan əleyhinə yazılar yayır, talış dilində nəşr edilən mətbu orqanlarda antiazərbaycan meylli məqalələr yerləşdirirlər. Məqalələrin məzmununda guya Azərbaycanda demokratiyanın mövcud olmadığı, respublikanın cənub bölgəsində məskunlaşmış talışların yaşayış səviyyəsinin aşağı olması və onların maddi qazanc əldə etmək məqsədilə xarici ölkələrə kütləvi mühacirət etmələri, eləcə də talışların vəzifədə irəli çəkilməmələri barədə yalanlar yer alır.
"Talış Ağsaqqallar Şurası" (TAŞ) yaradılarkən, aşağıdakı tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu:
1. Ələkrəm Hümmətov - sədr
2. Hilal Məmmədov - siyasi işlər üzrə sədr müavini
3. Fəxrəddin Abbasov - elmi işlər üzrə sədr müavini
4. Ataxan Əbilov - hüquq işləri üzrə sədr müavini
5. Allahverdi Bayramov - dini işlər üzrə sədr müavini
6. Zabil Məhərrəmov - təşkilati katib
7. Zahirəddin İbrahimov - tarix şöbəsinin rəhbəri
8. Rafiq Cəlilov - mətbu orqanın redaktoru.
TAŞ-ın üzvlərinə gəldikdə isə, siyahı belədir:
1. Adil Nəsirov
2. İsmayıl Şabanov
3. Əli Nəsirov
4. Xanəli Ağayev
5. Baratəli Qasımov
6. Sergey Hüseynov
7. Həşim Kəlbiyev
8. Mehdibəy Səfərov
9. Namiq Əzimov
10. Kahin Mirzəlizadə
11. Səadət Xəlilov
12. Xanoğlan Ağayev
13. Əlimərdan Şükürov
14. Mahmud Tahiron
15. Mətləb Dadaşov
16. Məhərrəməli İsmayılov
17. Vüqar Salayev
18. Sərdar Quliyev
19. Xanlar Mustafayev
20. Cahangir Suvarov
21. Elmir Mədətov.
... TAŞ Azərbaycanı hədəfə almış erməni təşkilatları ilə əməkdaşlıq edir, yalanları və böhtanları sıralayaraq kimlərisə onlara inandırmağa çalışır, ölkəmizi parçalamaq niyyətlərini gizlətmir.
Amma bu qurumu yaradanlar unudurlar ki, iki mənfinin cəmi yalnız cəbr düsturunda müsbət olur. Həyatda isə mənfilərin bir yerə yığışması onları daha da zəiflədir, axı gerçəkliyi anlamamağın özü də bir şüur xətası sayıla bilər.
TAŞ-a Azərbaycanın daşı ağır gəlib və qurum ifrat millətçiliklə separatizmi fəaliyyət prinsipinə çevirib.
Görünür, vətəndaşlığı unudanlar üçün vətənTAŞlıq daha asandır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi