XİN "Amerikanın səsi" radiosunda anti-Azərbaycan verilişin yığışdırılmasının təfərrüatlarını açıqladı
"Amerikanın səsi" radiosunda Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar gedən verilişlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən reaksiya verilib və Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi "Amerikanın səsi" radiosunun rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Bununla əlaqədar "Amerikanın səsi" radiosunun direktoru David Ensor tərəfindən göndərilmiş cavab məktubunda sözügedən verilişə görə üzrxahlıq ifadə olunaraq, bu verilişin redaksiyadaxili nəzarətdən yayındığı, obyektiv və qərəzsiz jurnalistika standartlarına cavab vermədiyi etiraf olunub".
Milli.Az bildirir ki, Bunu Trend-ə "Amerikanın səsi" radiosunda Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar oktyabrın 18-də efirə getmiş verilişin efirdən götürüldüyü barədə sualı cavablandırarkən Xarici İşlər Nazirliyinin mətbuat xidməti vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
XİN rəsmisinin sözlərinə görə, məktubda o da bildirilir ki, video "Amerikanın səsi" radiosunun erməni xidmətinin internet səhifəsindən çıxarılacaq və səhifədə tezliklə müvafiq dürüst qeyd yerləşdiriləcək: "Bunlar da artıq edilib. David Ensor məktubda haqqında bəhs olunan videoda "Amerikanın səsi" radiosunun əsaslandığı standartların pozulmasına görə təəssüfünü bildirərək, gələcəkdə bu kimi halların qarşısının alınacağını qeyd edib".
Qeyd edək ki, Trend tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, həqiqətən də, "Amerikanın səsi" radiosunun erməni xidmətinin internet səhifəsindən bu video yığışdırılıb və erməni dilində növbəti məzmunlu açıqlama yerləşdirilib:
"2014-cü iilin 18 oktyabr tarixində "Amerikanın səsi" erməni xidməti özünün saytında Dağlıq Qarabağ barədə "Amerikanın səsi"nin tarazlıq və obyektiv baxış üzrə jurnalistika standartlarına cavab verməyən 10 dəqiqəlik video yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf edirik və əmin edirik ki, "Amerikanın səsi"nin erməni xidməti davamlı olaraq etibarlı və nüfuzlu xəbər mənbəyi olaraq fəaliyyət göstərəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





