Siyasət
"Azərbaycan təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Aİ çərçivəsində mühüm tərəfdaşdır"
30 Oktyabr 2014 09:09
Baxış: 830
Macarıstan Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına son dərəcə maraq göstərir. Bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıya səfəri ərəfəsində Trend-ə deyib.
Nazir qeyd edib ki, Azərbaycan "Şərqə açılma" siyasəti çərçivəsində əsas strateji tərəfdaşdır: "Bakıya səfərimdə əsas məqsəd səmərəli iqtisadi əməkdaşlığımızın gələcək inkişafı və əməkdaşlığımızın digər sahələrdə effektivliyinin artırılmasıdır".
Macarıstan XİN rəhbəri noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.
Onun sözlərinə görə, Macarıstan Azərbaycanla qarşılıqlı faydalı əsasda əlaqələrin dərinləşməsi üçün yeni imkan və sahələri öyrənməyə çalışır.
P.Siyarto bildirib ki, Macarıstan və Azərbaycan uzunmüddətli perspektivdə strateji tərəfdaş ola bilərlər: "İqtisadi, ticari və investisiya əlaqələrimiz dinamik inkişaf edir ki, bu da ilk növbədə, yüksək səviyyədə səfərlərin mütəmadi həyata keçirilməsində öz əksini tapır".
Nazirin sözlərinə görə, Macarıstan və Azərbaycan arasında müqavilə bazası yaxşı hazırlanıb, lakin sazişlərlə əhatə olunacaq müxtəlif sahələrin genişləndirilməsi üçün həmişə yer var: "Artıq dediyim kimi, ölkələrimiz arasında strateji əməkdaşlığın qurulması mühüm vəzifədir. İkitərəfli əməkdaşlığın hüquqi bazasını genişləndirəcək istənilən saziş tərəfimizdən alqışlanır".
O, ölkələr arasında əmtəə dövriyyəsinin genişləndirilməsi üçün görülən tədbirlər haqqında suala cavab verərkən qeyd edib ki, Macarıstan, xüsusilə, "Şərqə açılma" siyasətinə istiqamətlənən ölkələrin bazarlarına daha çox çıxışa nail olmaq istərdi: "Azərbaycanda işimizi Bakıdakı səfirlik, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya və Macarıstan Ticarət Evi vasitəsilə fəallaşdırırıq. 2011-ci ilin iyunundan ölkələrimiz arasında həyata keçirilən birbaşa aviareys buna yardım edən amildir".
P.Siyarto qeyd edib ki, Macarıstan Aİ-yə üzv ölkə kimi hesab edir ki, Azərbaycan təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Aİ çərçivəsində mühüm tərəfdaşdır. Bu yanaşma Aİ-nin müxtəlif forumlarında Azərbaycanla münasibətlər müzakirə olunarkən də Macarıstanın mövqeyində əks olunub: "Qeyd etmək istəyirəm ki, "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq mühümdür. Вununla əlaqədar Macarıstan müxtəlif tərəfdaş ölkələr arasında diferensiasiya anlayışının tərəfdarıdır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi