Almaniyada azərbaycanlılar kütləvi etiraz aksiyası keçiriblər - FOTO
Almaniyadakı Azərbaycan diaspor təşkilatları bu gün Berlində - Reyxstaqın qarşısında kütləvi etiraz aksiyası keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təxminən 2 saat davam edən mitinqdə Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş 300-dən artıq azərbaycanlı iştirak edib.
Əllərində Azərbaycan, Türkiyə bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları beynəlxalq aləmdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi, XX əsrin ən dəhşətli insanlıq cinayətlərindən biri Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəy olduqlarını ifadə edən şüarlar səsləndiriblər. Aksiyaçılar bildiriblər ki, Azərbaycan regionda sülhün, təhlükəsizliyin, iqtisadi rifahın təmin olunmasında müstəsna rol oynayır, buna görə də Azərbaycana qarşı mövcud təhlükə və təhdidlər regionun gələcəyini də şübhə altına alır. Aksiya iştirakçıları Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayıblar.
Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvü Faiq Məmmədov mitinqdə çıxış edərək, azərbaycanlıların Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində tutduğu mövqenin düzgün olduğuna inandığını, bu məsələdə Azərbaycan dövlətinin atacağı hər bir addımı dəstəyləcəklərini ifadə edib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova öz torpaqlarında doğmalarının məzarlarını ziyarət edən zaman girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı Dağlıq Qarabağdakı qondarma rejimin qurduğu oyuncaq məhkəmə prosesindən dərin narahatlıq keçirdiklərini bildirib, bunu beynəlxalq hüquq normalarının kobud pozulması kimi qiymətləndirib və beynəlxalq məhkəmə instansiyalarını, habelə insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumları və dövlətləri məsələyə müdaxilə etməyə çağırıb.
Mitinq zamanı yerli sakinlərə alman və ingilis dillərində Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin əks olunduğu vərəqələr paylanılıb. Mitinq Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Berlin Azərbaycan Evi, Bielefelddəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Drezdendəki Alm.Az. Cəmiyyəti təşkilatçılığı ilə baş tutub. Aksiyada Almaniyada yaşayan türklər də iştirak ediblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





