Siyasət
Azay Quliyev: "Azərbaycanın qanunlarına hörmət edən qurumların narahat olmasına əsas yoxdur"
29 Oktyabr 2014 17:46
Baxış: 1 056
"Azərbaycanın qanunlarına və milli maraqlarına hörmət edən donor və qurumların "Qrant haqqında" və "QHT-lər haqqında" Azərbaycanın qanunlarına edilən əlavə və dəyişikliklərdən narahat olmasına əsas yoxdur".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri xanım Malena Mard və Aİ nümayəndəliyinin əməliyyatlar şöbəsinin müdiri Yerun Villemslə görüşdə deyib.
M.Mard qrant və QHT-lər haqqında qanunlara edilən əlavə və dəyişikliklər haqqında daha ətraflı məlumat almaq və bəzi suallara aydınlıq gətirilməsini istədiyini bildirib. Səfir qəbul edilmiş yeniliklərin Avropa İttifaqının donor kimi bundan sonrakı fəaliyyətinə mümkün təsirləri haqqında Şura sədri A.Quliyevin fikirlərini öyrənib.
A.Quliyev Milli Məclisdə qəbul edilmiş son dəyişiklikləri ətraflı şərh edərək əlavə və dəyişikliklərin effektiv əlaqələndirmə, donor institutlarının təklif etdiyi resurslardan səmərəli istifadə, şəffaflıq və aşkarlıq prinsiplərinin tam bərqərar olması, sui-istifadə hallarına yol verilməməsi və milli təhlükəsizliyimizə ola biləcək mümkün təhdidlərin vaxtında qarşısının alınması məqsədilə həyata keçirildiyini bildirib: "Avropa İttifaqı ölkəmizin əsas tərəfdaşıdır və biz bu qurumla mövcud əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq".
M.Mard 2014-2017-ci illər üzrə Aİ-nin üç əsas prioritet sahə - regional və yerli inkişafa yardım, ədliyyə sektorunda islahatlara dəstək, təhsil və təcrübənin artırılması üzrə ölkəmizlə yaxından əməkdaşlıq etməyi nəzərdə tutduğunu deyib.
Şura sədri İnsan hüquqları üzrə İşçi qrupunun fəaliyyətinin bərpa olunması haqqında danışaraq, bu faktın Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə dialoqa nə qədər önəm verdiyini və bunun qarşılıqlı xarakter daşıdığını bildirib. Şura sədri İşçi qrupunun qəbul etdiyi mühüm qərarlara diqqəti çəkərək səfirin bu prosesə dəstək verməsinin faydalı olduğunu qeyd edib. Azay Quliyev təəssüflə qeyd edib ki, bəzi şəxslər və dairələr bu qrupun yaranmasından və vətəndaş cəmiyyətini gündəliyində olan məsələlərin həlli perspektivindən narahat olaraq onun işinə kölgə salmaq və ictimai etimadını zədələməyə cəhd edirlər.
Səfir xanım Malea Mart insan hüquqları işçi qrupunun fəaliyyətinin bərpa olunmasını Avropa Şurasının Baş Katibi cənab Yaqland tərəfindən yüksək qiymətləndirildiyini xatırladaraq Avropa İttifaqının bu işə yaxından dəstək verməyə hazır olduğunu bildirib.
Azay Quliyev həmçinin Ermənistanın işğalçı qüvvələri tərəfindən iki mülki azərbaycanlının doğulduğu Kəlbəcər rayonunu ziyarət edən zaman girov götürülməsi və onlar üzərində oyuncaq məhkəmə qurulmasını insan hüquqlarının və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktı kimi səfirin diqqətinə çatdırıb. Şura sədri bu qanunsuzluğa və insanlıq əleyhinə törədilmiş cinayətə beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa İttifaqının biganə qalmasının və adekvat reaksiya verməməsinin qəbul edilməz olduğunu bildirib və girovların azad edilməsi üçün rəsmi İrəvana təzyiq edilməsinin vacibliyini Aİ-nın rəhbərliyinin diqqətinə çatdırmağı səfirdən xahiş edib.
Görüşdə Şura sədri 2015-ci ildə Ermənistanın Avronest Parlament Assambleyasının illlik sessiyasına ev sahibliyi etməsi məsələsinə də toxunaraq mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirməyən işğalçı dövlətin və Avropa İttifaqı ilə Assosiativ Sazişi imzalamaqdan imtina edən bir ölkənin buna hüquqi və mənəvi haqqının çatmadığını vurğulayıb.
A.Quliyev eyni zamanda Şuranın Bakıda və rayonlarda yaratmaq istədiyi QHT-lər üçün Resurs və Təlim Mərkəzinin qurulması və fəaliyyəti ilə əlaqədar Aİ-ilə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib.
Səfir xanım Malena Mart öz növbəsində azərbaycanlı girovlarla bağlı məsələnin Aİ-nın rəhbərliyinin diqqətinə çatdıracağını və vətəndaş cəmiyyətinin inkişafı üçün konkret təkliflərlə bağlı müzakirələrin davamlı aparılmasına tərəfdar olduğunu deyib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi