Deputat: "Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir"
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə ermənilər tərəfindən girov götürülməsi və üzərlərində qondarma "məhkəmə" qurulması ilə bağlı suala cavabını şərh edərkən deyib."Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir"
Qeyd edək ki, oktyabrın 28-də ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə" prosesinə münasibət bildirməkdən imtina edib. O, fikrini belə əsaslandırıb ki, "bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur".
Z.Oruc deyib ki, bu hal ABŞ-ın dövlət siyasətində ikili standartların, ayrı-seçkiliyin əyani göstəricisidir: "Yadınızdadırsa, bu il avqustun əvvəlində erməni diversiya qruplarının təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunların təmas xəttində vəziyyət kifayət qədər gərginləşdi. Həmin vaxt Tovuz rayonu ərazisində sərhədi keçmək istəyən erməni diversiya qrupunun 3 üzvü məhv edildi, Karen Petrosyan adlı digər dəstə üzvü isə saxlanıldı. Saxlanılan şəxs avqustun 8-də dünyasını dəyişdikdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini bildirmiş, onun yaxınlarına başsağlığı vermişdi. Təəssüf ki, ABŞ artıq bir neçə aydır, öz doğma torpaqlarını ziyarət edərkən öldürülmüş Həsən Həsənov və girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirmir, hələ bu azmış kimi Dövlət Departamentinin rəsmisi bu haqda məlumatlarının olmadığını deyir. Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?"
Deputat qeyd edib ki, ABŞ rəsmisinin "məlumatsızlığı" həm də təəccüb doğurur: "Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun "müfəssəl məlumatlılıq" nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Elə təsəvvür yaranır ki, sanki Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və bəzi digər şəxslərin işi ABŞ-ın xarici siyasətinin əsas məsələsini təşkil edir. Tam əminliklə deyə bilərəm ki, "Human Rights Watch", "Freedom Hause", "Amnesty İnternational" və digər bu kimi təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya dərin susqunluq və məlumatsızlıq nümayiş etdirir, ya da növbətçi ifadələrlə suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





