Siyasət
Mübariz Əhmədoğlu: "Geriyə addım olan Paris görüşü tənzimləmədə Rusiyanın rolunu artırdı"
29 Oktyabr 2014 13:00
Baxış: 988
"ATƏT-in Minsk qrupu həmsədr ölkə prezidentlərinin birbaşa iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlər silsiləsi başa çatdı. Rusiya prezidenti Vladimir Putinin birbaşa iştirakından sonra ABŞ prezidentinin tapşırığı ilə Con Kerri prezidentləri görüşdürdü. Barak Obama özü görüşdə iştirak etmədi. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü başıbəlalı olsa da, nəhayət ki, baş tutdu".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, Ermənistan F.Ollandın təşəbbüsünü qəbul etmirdi. ABŞ bu məsələdə Ermənistana dəstək verdi. F.Olland Dağlıq Qarabağ məsələsində ermənilərin düzgün hesab etdiyi həlli "səhv" adlandırdı və Gürcüstanı Dağlıq Qarabağ tənzimlənməsinə qoşmaq istəyirdi: "Bu, rəsmi Yerevanı hədsiz narahat edirdi. V.Putinin aktiv şəkildə Dağlıq Qarabağ tənzimlənməsinə qoşulması ABŞ-ı da fəallaşmağa təhrik etdi. Həm özü görüş təşkil etdi, həm də F.Ollandın təşəbbüsünün reallaşmasına icazə verdi.
Paris görüşü format baxımından bu vaxta kimi keçirilmiş görüş formatlarının ən təkmili idi: Bir gün ərzində üç müxtəlif müstəvilərdə beş dəfə Dağlıq Qarabağ tənzimlənməsi müzakirə edildi".
M.Əhmədoğlunun sözlərinə görə, Paris görüşünün effektsiz başa çatacağı isə əvvəlcədən bəlli idi: "Rəsmi Yerevan Fransanın Ermənistandakı səfiri A.Reno və Fransadakı digər imkanlarından istifadə edərək prezidentlərin Paris görüşü üçün erməni ssenarisi hazırlamışdı. Görüşdə Helsinki Yekun Aktının üç prinsipi və qoşunların təmas xəttində etimad tədbirlərinin möhkəmləndirilməsi barədə müzakirə aparmaq və sənəd imzalanması nəzərdə tutulmuşdu. Səfir A.Renonun yaxından iştirakı ilə qısa müddət ərzində Fransadan Dağlıq Qarabağa beş nümayəndə heyəti gəldi. Dağlıq Qarabağın ""baş tutmuş", "müstəqil" və "demokratik" dövlət" olması barədə bəyanatlar verdilər. Bununla da Fransadakı ictimai rəyə və o cümlədən danışıqlar prosesinə müdaxilə etdilər. Fransa Xarici İşlər Nazirliyinin məsul əməkdaşı E.Furnye Ermənistana səfər etdi. E.Furnye Parisə qayıtdıqdan sonra səfir A.Reno gözlənilmədən vəzifəsindən geri çağırıldı. Paris görüşünün gündəliyində əsas müzakirə mövzusunun Böyük Sülh Sazişinin hazırlanması olacağı bildirildi".
Politoloq hesab edir ki, rəsmi Yerevan hazırladığı erməni ssenarisinin ləğv edildiyini bildikdən sonra yeni addımlar atdı: "Dağlıq Qarabağda girov götürülmüş azərbaycanlıların məhkəməsi başlandı. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi Dağlıq Qarabağ müharibəsi zamanı itkin düşənlərin statistikasını açıqladı. Statistika ermənilərin vəhşiliyini göstərsə də, amma mövzunu dəyişmək məsələsi Ermənistanın siyasəti olduğu üçün bu rəqəmlərin aşkarlanmasını icazə verdi: 4000 nəfər itkin düşənlərdən 800-ü erməni, 3200 nəfəri isə azərbaycanlıdır.
Ermənilərə bağlı qərb mətbu orqanları və təşkilatları Azərbaycanda insan hüquqlarının pozulması məsələsini qabartdılar. Azərbaycanda insan hüquqları pozuntusu görüntüsü prezident S.Sarkisyanın və dünya erməniliyinin Azərbaycana qarşı ən önəm verdikləri strategiyadır. Avropada və dünyanın digər dövlətlərində S.Sarkisyan dəfələrlə ermənilərə Azərbaycanda demokratiya və insan hüquqlarının pozulması ilə məşğul olmağa çağırıb. Nəticədə bəzi Qərb strukturları Azərbaycanda müəyyən adamlara təsir etməklə həmin adamlarda özlərinə lazım olan davranış yarada bilirlər.
Azərbaycanda demokratiya və insan hüquqların pozulması varsa da, ikincilidir və bu, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsinin nəticəsidir.
Dünya erməniliyinin Paris görüşü ərəfəsində daha bir aktivliyi Avropa Parlamentində Dağlıq Qarabağla əlaqələr qrupun yaradılmasına cəhd idi.
Ermənistanın bütün bu səyləri yalnız münaqişənin tənzimlənməsinin yubadılmasına xidmət etdi. Ermənilərin öyünə biləcəkləri yeganə uğur da budur: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubadırlar. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, ermənilərin işğal etdikləri yeddi rayonun dərhal, işğal altında olan Dağlıq Qarabağın isə tədricən Azərbaycana qaytarılması başa düşülür. Madrid Prinsiplərinin Yenilənmiş variantı əsasında hazırlanması nəzərdə tutulan Böyük Sülh Sazişi də məhz bunu reallaşdıracaqdır. Ona görə də rəsmi Yerevan iki dəfə Yenilənmiş Madrid prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır olduqlarını bildirsələr də Paris görüşündəki davranışları bunun növbəti erməni yalanı olduğunu göstərdi.
Məsuliyyətli dövrdə, mükəmməl formatda təşkil olumasına baxmayaraq Paris görüşü missiyasını yerinə yetirə bilmədi. Onu geriyə addım hesab etmək daha düzgündür.
Paris görüşü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri Z.Həsənov ölkə Prezidentinin tapşırığı ilə ön cəbhədəki hərbi hissələrin hərbi hazırlığını yoxladı. Erməniləri Azərbaycanda çox yaxşı tanıdıqları üçün Paris görüşü ərəfəsində bu addım atıldı.
Daha bir yekun isə növbəti görüşün vaxtının bir il sonraya, ABŞ-a təyin edilməsidir. ATƏT-in Minsk Qrupu müstəvisi açıq-aşkar geosiyasi mübarizə məkanına çevrilib.
Rusiya Avrasiya İqtisadi Birliyi məsələsində sürətini zəiflətmək niyyətində deyil. Ermənistan sərhədlərinin qorunmasını və xarici siyasətini tamamilə Rusiyaya tabe etməyə "hazırlaşır". Bu isə Dağlıq Qarabağ məsələsinin Ermənistan deyil, Rusiya tərəfindən həll ediləcəyi deməkdir. Bu kontekstdə ATƏT MQ-yə qarşı hansı münasibət göstərməsinin vaxtını və ardıcıllığını da yalnız Rusiya özü müəyyənləşdirəcəkdir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi