Siyasət
İsmayıl Alpər Coşqun: "Ermənilərin "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür" - FOTO
29 Oktyabr 2014 09:39
Baxış: 1 207
Ermənilərin qondarma "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür. Bunu Trend-ə eksklüziv açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun deyib.
Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan tarixlərinin səhv tanıdılmasının əsas səbəblərindən biri də Qərb ölkələrində Azərbaycan və türk dünyası əleyhinə çalışan diasporların güclü olmasıdır.
Səfir qeyd edib ki, Ermənistanın və erməni lobbisinin Türkiyəyə qarşı irəli sürdükləri qondarma "soyqırım" iddiaları yeni deyil, sadəcə olaraq 2015-ci ildə erməni lobbisi bu məsələni daha ciddi şəkildə qabartmaq və özünə tərəfdar toplamaq üçün daha aktiv fəaliyyət göstərəcək: "Türkiyəyə, türk tarixinə ləkəyaxma kampaniyaları 2015-ci ildə bitməyəcək və tələblərinin də sonu olmayacaq".
İ.A.Coşqun bildirib ki, Ermənistan və erməni lobbisi səhv yoldadırlar: "Ermənistan və erməni lobbisi 1915-ci il reallıqlarından uzaq olanlara dünyanı da inandırmağa çalışırlar. Dolayısilə, Ermənistan və erməni lobbisi regionda ortaq gələcəyin qurulmasına əngəl olan bir inanca sahibdir".
Səfirin sözlərinə görə, Ermənistan hakimiyyəti və erməni lobbisi özünü təsdiq etmək üçün 1915-ci il hadisələri zamanı "soyqırım" törədildiyi iddiasından və Türkiyəyə qarşı düşmənçilikdən istifadə edirlər: "Hazırda Ermənistan hakimiyyəti əhalini işlə təmin etmək əvəzinə, onları əsas problemlərdən yayındıraraq qondarma "soyqırım"ın 100 illiyinə yönəltmək istəyir".
Diplomat əlavə edib ki, Ermənistanın bu cəhdlərinə baxmayaraq, nə Türkiyənin, nə də Azərbaycanın tarixi keçmişində utanacaq, gələcəyimizə ləkə ola biləcək bir hadisə yoxdur.
İ.A.Coşqun ermənilərə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu zaman 1915-ci il hadisələri ilə bağlı müraciətini oxumağı məsləhət görüb: "Türkiyə heç bir halda tarixi faktların saxtalaşdırılmasına imkan verməyəcək. 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərimiz açıqdır. Dünyanın bir çox ölkələrinin parlamentinin təsir altında olan, həyatında bir dəfə də olsun Türkiyədə olmayan, türk tarixini bilməyən, beyinləri yuyularaq "soyqırım" iddialarına dəstək verməyə hazır olanlar var. Tarixi faktların araşdırılması üçün Azərbaycanla birgə fəaliyyətimiz daha da genişlənəcək".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi