Siyasət
Azərbaycanın bəzi icra başçıları mükafatlandırıldı - FOTO
28 Oktyabr 2014 18:38
Baxış: 4 304
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən şəhər, rayon icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərinin oktyabrın 28-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında seminar-müşavirəsi işə başlayıb. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev geniş məruzə ilə çıxış edərək bu seminar-müşavirənin ölkəmizdə idarəçilik sisteminin təkmilləşdirilməsinə və humanitar sahədə dövlət siyasətinin daha dinamik həyata keçirilməsi prosesinə layiqli töhfə verəcəyini bildirib.
Şəhər, rayon icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinləri ilə yanaşı, Prezident Administrasiyasının struktur bölmələrinin, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, şəhər və rayon icra hakimiyyətləri başçılarının da iştirak etdikləri seminar-müşavirənin keçirilməsində əsas məqsəd humanitar siyasətin reallaşdırılmasında yerli və müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarının birgə fəaliyyətinin hazırkı vəziyyətinin müzakirə edilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsidir. Yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Sonra akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş icra hakimiyyəti başçılarının bir qrupuna "Şöhrət" və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenlərini təqdim edib. Daha sonra seminar-müşavirədə Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və təhsil naziri Mikayıl Cabbarov çıxış ediblər. Seminar-müşavirə oktyabrın 29-30-da öz işini davam etdirəcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi