Siyasət
Məclisin son toplantısında isə o, daha bir neçə nəfəri özünə müavin təyin edib. Hazırda Arif Hacılının 8 müavini var. Onlardan üçü həbsdədir. Qalan beş nəfər isə bunlardır: Gülağa Aslanlı, Osman Kazımov, Nüşabə Sadıqlı, Elman Fəttah, Səxavət Soltanlı. 25 oktyabr toplantısında Məclis başqan təyinatlarını təsdiqləyib. Arif Hacılı özünə 4 nəfər də müşavir təyin edib. "Yeni Müsavat"a açıqlamasında başqan deyib ki, müavin və müşavirlərin təyinatında heç bir məhdudiyyət yoxdu. Düzdür, yoxdu, ancaq bu qədər müavinə də gərək yoxdur. 8 müavin hansı işlərə baxacaq? Partiyada siyasi, təşkilati, humanitar, ictimai və beynəlxalq əlaqələr üzrə müavin və ya katib vəzifəsi var. Bəs qalan 3 nəfər hansı işi görəcək?
Aydınca görünür ki, yeni başqan adamları narazı salmamaq üçün bu addımı atıb. Bu, eynilə KXCP-AXCP (k) yaranan vaxtları xatırladır. O zaman da AXCP-dən qopmuş "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu özünə 10 müavin götürmüşdü. Hətta Mirmövsüm Mahmudov adlı heç kimin tanımadığı şəxs də müavin təyin olunmuşdu. Niyyət partiyadakı qrupları razı salmaq, mərkəzdənqaçmanı dayandırmaq idi. Lakin bu, effekt vermədi. Bir il sonra "klassiklər"in rəhbəri sədr aparatını buraxmalı oldu. Eyni proses Müsavatda da gedəcək. Arif Hacılını başqan olaraq qəbul etməyənlər müavin olsalar belə, narazılıq bildirəcəklər. Təyin olunanlardan ikisi: Tofiq Yaqublu və Gülağa Aslanlı İsa Qəmbərin də müavini olublar. Qalanları yenidir. Yenilərdən Osman Kazımov narazılara qarşı Hacılı tərəfində "döyüşdüyü" üçün ödülləndirildi. Səxavət Soltanlı gəncdir, Tural Abbaslının deyil, Hacılının tərəfini tutduğu üçün mükafat aldı. Qalanlar sırf "vitrini bəzəmək" üçün təyin olunublar.
Maraqlıdır ki, Arif Hacılı İsa Qəmbər komandasına daxil olan bir sıra nüfuzlu müsavatçılara vəzifə verməyib. Bu sırada Mehman Cavadoğlu da var. Mehman bəy başqan seçkisində tərəf bildirmədi, bununla belə Hacılı ona etibar etmir. Hacılının "mərhəmətindən kənarda qalanlar" sırasında Arzu Səmədbəyli diqqəti çəkir. İsa Qəmbər AXCP-dən (sonralar KXCP-yə keçmişdi) gəlmiş Arzu bəyi Elçibəy ailəsinə yaxın olduğu üçün görəvləndirmişdi. O, həm də Qabil Hüseynlinin yoxluğunda qərbi azərbaycanlıların təmsilçisi sayılırdı. Arif Hacılı Məclisin sədri postunun Arzu bəyə vermək istəmir. Görünür, Səmədbəylinin Hacılı-İbadoğlu-Vurğun Əyyub savaşında susması Arif bəyi açıq-aşkar Osman Kazımlı kimi dəstəkləməməsi başqanı narazı salıb. "Məclis sədrliyinə namizədim yoxdur" fikri o deməkdir ki, Arzu Səmədbəyli mənim namizədim deyil. Əslində, Arzu Səmədbəyli Müsavat üçün nə etmişdisə, edib. Bundan sonra o, partiyaya lazım da deyil. Arif Hacılının ən böyük uğuru o olar ki, Vurğun Əyyub cəbhəsindən bir nəfəri Məclisə sədr gətirsin. Bunu edə bilməsə, qopmaları dayandırmaq mümkün olmayacaq.
Olaylar.az
Arif Hacılı İsa Qəmbərin kadrlarına inanmır...
28 Oktyabr 2014 17:04
Baxış: 690
Çağdaş Müsavatın ikinci başqanı Arif Hacılı özünə komanda formalaşdırmaqda davam edir. Davranışlarından anlaşılan odur ki, Arif Hacılı rəqibləri ilə barışmaq, narazıları hansısa posta təyin etməklə onları Qubad İbadoğlundan ayırmaq kursu tutub. Qurban bayramı öncə Arif bəy rəqiblərinə gəlin qucaqlaşaq, barışaq mesajı verib. Son çıxışında isə "Müsavatdan heç bir təmizləmə olmayacaq" deyib.Arzu Səmədbəyli Məclis sədri olmaya bilər
Məclisin son toplantısında isə o, daha bir neçə nəfəri özünə müavin təyin edib. Hazırda Arif Hacılının 8 müavini var. Onlardan üçü həbsdədir. Qalan beş nəfər isə bunlardır: Gülağa Aslanlı, Osman Kazımov, Nüşabə Sadıqlı, Elman Fəttah, Səxavət Soltanlı. 25 oktyabr toplantısında Məclis başqan təyinatlarını təsdiqləyib. Arif Hacılı özünə 4 nəfər də müşavir təyin edib. "Yeni Müsavat"a açıqlamasında başqan deyib ki, müavin və müşavirlərin təyinatında heç bir məhdudiyyət yoxdu. Düzdür, yoxdu, ancaq bu qədər müavinə də gərək yoxdur. 8 müavin hansı işlərə baxacaq? Partiyada siyasi, təşkilati, humanitar, ictimai və beynəlxalq əlaqələr üzrə müavin və ya katib vəzifəsi var. Bəs qalan 3 nəfər hansı işi görəcək?
Aydınca görünür ki, yeni başqan adamları narazı salmamaq üçün bu addımı atıb. Bu, eynilə KXCP-AXCP (k) yaranan vaxtları xatırladır. O zaman da AXCP-dən qopmuş "klassiklər"in lideri Mirmahmud Mirəlioğlu özünə 10 müavin götürmüşdü. Hətta Mirmövsüm Mahmudov adlı heç kimin tanımadığı şəxs də müavin təyin olunmuşdu. Niyyət partiyadakı qrupları razı salmaq, mərkəzdənqaçmanı dayandırmaq idi. Lakin bu, effekt vermədi. Bir il sonra "klassiklər"in rəhbəri sədr aparatını buraxmalı oldu. Eyni proses Müsavatda da gedəcək. Arif Hacılını başqan olaraq qəbul etməyənlər müavin olsalar belə, narazılıq bildirəcəklər. Təyin olunanlardan ikisi: Tofiq Yaqublu və Gülağa Aslanlı İsa Qəmbərin də müavini olublar. Qalanları yenidir. Yenilərdən Osman Kazımov narazılara qarşı Hacılı tərəfində "döyüşdüyü" üçün ödülləndirildi. Səxavət Soltanlı gəncdir, Tural Abbaslının deyil, Hacılının tərəfini tutduğu üçün mükafat aldı. Qalanlar sırf "vitrini bəzəmək" üçün təyin olunublar.
Maraqlıdır ki, Arif Hacılı İsa Qəmbər komandasına daxil olan bir sıra nüfuzlu müsavatçılara vəzifə verməyib. Bu sırada Mehman Cavadoğlu da var. Mehman bəy başqan seçkisində tərəf bildirmədi, bununla belə Hacılı ona etibar etmir. Hacılının "mərhəmətindən kənarda qalanlar" sırasında Arzu Səmədbəyli diqqəti çəkir. İsa Qəmbər AXCP-dən (sonralar KXCP-yə keçmişdi) gəlmiş Arzu bəyi Elçibəy ailəsinə yaxın olduğu üçün görəvləndirmişdi. O, həm də Qabil Hüseynlinin yoxluğunda qərbi azərbaycanlıların təmsilçisi sayılırdı. Arif Hacılı Məclisin sədri postunun Arzu bəyə vermək istəmir. Görünür, Səmədbəylinin Hacılı-İbadoğlu-Vurğun Əyyub savaşında susması Arif bəyi açıq-aşkar Osman Kazımlı kimi dəstəkləməməsi başqanı narazı salıb. "Məclis sədrliyinə namizədim yoxdur" fikri o deməkdir ki, Arzu Səmədbəyli mənim namizədim deyil. Əslində, Arzu Səmədbəyli Müsavat üçün nə etmişdisə, edib. Bundan sonra o, partiyaya lazım da deyil. Arif Hacılının ən böyük uğuru o olar ki, Vurğun Əyyub cəbhəsindən bir nəfəri Məclisə sədr gətirsin. Bunu edə bilməsə, qopmaları dayandırmaq mümkün olmayacaq.
Olaylar.az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





