Siyasət
Bakı və Yerevan müharibə zamanı itkin düşənlər barədə məlumatların mübadiləsi haqqında razılıq əldə ediblər - YENİLƏNİB
28 Oktyabr 2014 11:06
Baxış: 1 425
11:06
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Trend xəbər verir ki, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.
Məlumatda deyilir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub".
Xatırladılır ki, may ayında Olland Cənubi Qafqaza səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini davam etdirməyə sadiqliyini təsdiqləyib. Olland iki tərəf arasında qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə azaldılmasının vacibliyini qeyd edib.
Məlumatda bildirilir ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident, həmçinin status-kvonun yolverilməz olduğunu da vurğulayıb.
O, Azərbaycan və Ermənistan prezidentlərini fikir ayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq üçün vacib olan siyasi iradə nümayiş etdirməyə çağırıb.
Sayt xəbər verir ki, münaqişəni "ölü nöqtə"dən tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib.
Məlumatda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, naharda prezident Olland və qonaqlar Qafqaz regionunun inkişafı və onun Fransa ilə münasibətlərini müzakirə ediblər.
---------
10:20
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Parisdə Fransa prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər.
Trend xəbər verir ki, bu barədə Yelisey sarayının saytı məlumat yayıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi