Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü olub - YENİLƏNİB - FOTO
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü keçirilib.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub.
X X X
Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü keçirilib.
X X X
Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şərəfinə şam yeməyi verilib.
---------
18:42
Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüş başlayıb.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Ermənistan Prezidentinin mətbuat katibi Arman Saqatelyan "Twitter" səhifəsində yazıb.
Bu görüşdən sonra prezidentlərin ikitərəfli görüşü keçirilir.
---------
17:46
Oktyabrın 27-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi. "Cənub" dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulandı.
----------
15:46
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi Parisdə Yelisey Sarayında qarşılayıb.
Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisdə görüşəcəyi gözlənilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------
22:55
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Parisdə görüşü olub












---------
19:58
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü












DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





