Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

13 Oktyabr 2014 19:18
Baxış: 647
18:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki,  Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırladı və yüksək səviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirdi. Siyasi, iqtisadi sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın da ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirdi və səfərin səmərəli olacağına əminliyini ifadə etdi.

İkitərəfli münasibətlərimizin inkişafı ilə bağlı deyilən xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Həştərxanda və Minskdə keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi. Sergey Şoyqu Xəzər dənizində əməkdaşlıqla bağlı qəbul olunan qərarların əhəmiyyətini vurğuladı. Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayan nazir bugünkü görüşün də əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

-----------
14:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Vyetnam Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd etdi. Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığımızın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və Prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu bildirdi. Le Honq Anh Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama ilk rəsmi səfərinin ikitərəfli əlaqələrimizin inkişafına böyük təkan verdiyini dedi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


----------
19:18

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib




----------
18:59

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Foto: AzərTAc

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.