Siyasət
Vəd olunan "xilafət" - ortaq düşmən
30 Sentyabr 2014 10:54
Baxış: 1 647
İraq və Suriyada "İslam Dövləti" və digər radikal qruplara qarşı hava zərbələrinə başlanmasından təxminən bir həftə keçməsinə baxmayaraq, müttəfiqlərin elə də ciddi nailiyyət əldə etmədiyini söyləmək olar.
Əməliyyatlar çərçivəsində radikalların əsas gəlir mənbəyi olan neft satışını dayandırmaq üçün Suriyanın Deyr əz-Zor şəhərində "İslam Dövləti"nin nəzarətində olan Kuniko neftayırma zavoduna 12-dən çox hava zərbələri endirilib.
Suriyada "İslam Dövləti"nin nəzarəti altında olan bölgələrdə neftayırma zavodlarının sıradan çıxarılması ilkin baxışdan terrorçuların gəlir mənbəyinə zərbə kimi qiymətləndirilə bilər. Lakin "İslam Dövləti" təşkilatı və strukturunu araşdırarkən birmənalı olaraq söyləmək olar ki, terrorçu qrupların gəlir mənbəyi sadəcə neftin qeyri-leqal satışından deyil. Əksinə neftin qeyri-leqal satışı qismən də olsa, nəzarətdə saxlanıla bilən gəlir mənbəyidir. Mosul şəhərindəki bankların talan edilməsi, "xilafət xəzinəsini" daha da artırıb.
"İslam Dövləti"nin neftin qeyri-leqal satışı ilə yanaşı, müxtəlif gəlir mənbəyi var və bunlardan biri də terrorçuların nəzarətdə saxladığı ərazilərdə yaşayan dinc əhalidən vergi adı altında toplanan xəracdır.
"Xilafətin gücü"
"İslam Dövləti" terror şəbəkəsinin İraqın bir sıra yaşayış məntəqələrini ələ keçirərək ölkədə şiə müsəlmanları təhdid etməsindən sonra bir çoxları təşkilatın hədəfində yalnız şiələrin olacağını hesab edirdilər. Hətta "İslam Dövləti"nin şiələri təhdidindən sonra İraqın tanınmış müctəhidlərindən olan ayətullahül-üzma Seyyid Əli Hüseyni Sistani və iranlı ayətullah Nasir Məkarim Şirazi İraqdakı şiə müsəlmanlara cihad fitvası verdilər. Məhz bu fitvadan sonra "İslam Dövləti"nə qarşı şiə müsəlmanlardan ibarət "Milyoniyyə" (milyonluq) könüllü ordusu toplanmağa başladı.
İraq mənbələri milyonluq könüllü ordunun müstəqil şəkildə deyil, nizami ordu tərkibində olduğunu və müdafiə strategiyasını seçdiklərini bildirirlər. Lakin zaman keçdikcə, İraqda "İslam Dövləti"nin hədəflərində sadəcə şiə müsəlmanların deyil, əksinə sünni müsəlmanların, Suriyada isə sünni qruplardan ibarət ölkə müxalifətinin olduğu göründü.
Bir çoxları "Xilafət" tərkibində olan ərazilərdəki əhalinin sayca terror şəbəkəsi üzvlərindən çox olmalarına baxmayaraq, silahlı müqavimət göstərməmələrinin başlıca səbəbinin "İslam Dövləti"nə olan rəğbətdən qaynaqlandığını söyləsələr də, bu, belə deyil. Ən başlıca səbəblərdən biri "İslam Dövləti"nin kəşfiyyat şəbəkəsinin güclü olması, zəngin döyüş təcrübəsi və "Xilafət"dən narazı olanların cinsindən və yaşından asılı olmayaraq, ictimai şəkildə edam edilməsidir. Bu isə əhali arasında "İslam Dövləti"nin amansız və məğlubedilməz olduğu düşüncəsi yaratmaqdadır.
Bir çox siyasi ekspertlər hesab edirlər ki, məhz "İslam Dövləti"nin tətbiq etdiyi ictimai edam və vahimə strategiyası İraq ordusunun bir çox yaşayış məntəqələrini müqavimətsiz boşaltmasına səbəb oldu.
Bu gün "İslam Dövləti" strukturuna diqqət yetirilsə, təşkilatın region üçün beynəlxalq terror təşkilatı "Əl-Qaidə"dən daha təhlükəli və daha güclü olduğunu görmək olar. "Əl-Qaidə" ilə "İslam Dövləti" arasındakı əsas fərqlərdən biri onun müəyyən bir əraziyə hakim olmasıdır. Belə ki, hazırda "İslam Dövləti" Suriyanın 1/3, İraqın isə 1/4-nə nəzarət edir. Digər təhlükəli məqamlardan biri də ərəb və region dövlətləri üçün real təhlükə olan radikal islamçıların uzaq Əfqanıstanda deyil, Suriya və İraqda toplanmasıdır. Dolayısı ilə, region dövlətləri terror ilə qonşu olurlar.
Sabiq düşmənlərin ittifaqı. Ankara nədən ehtiyatlanır?
Bu gün İraqda və Suriyada tərəfdaşlarına və əhaliyə Allah və peyğəmbəri tərəfindən vəd edilən "Xilafət" ideyasını hər cür təzyiq və qorxu vasitəsilə təlqin edən "qara bayraqlılar"ın varlığı regionun ciddi dəyişikliklərin astanasında olduğunu göstərir. "İslam Dövləti"nə qarşı keçirilən hərbi əməliyyatlarla, iddia edildiyi kimi, tam zəfər qazanılmayacaq. Ən azından ona görə ki, "vəd olunan xilafət" ərəb şərqini parçalamaq üçün hazırlanan planın tərkib hissəsidir.
Ən acınacaqlısı isə "İslam Dövləti"nin varlığının bir vaxtlar o qədər də "ciddi qəbul edilməməsidir". ABŞ Prezidenti Barak Obama son açıqlamasında ölkə kəşfiyyatının "İslam Dövləti" təşkilatından xəbərdar olduğunu, lakin bunu o qədər də təhlükə mənbəyi hesab etmədiyini bildirib. Amma nədənsə ABŞ təhlükə mənbəyi olmayan "İslam Dövləti"ni Ərbilin astanasından geri döndərmək üçün hər vasitəyə əl atdı.
"Xilafətin" varlığı regionda bir sikkənin iki üzü hesab edilən İran və Səudiyyə Ərəbistanı arasında da yaxınlaşmaya təkan verib. Bu yaxınlaşma İraq və Suriyada özünü açıq şəkildə büruzə verməsə də, Livanda özünü göstərdi. Belə ki, Səudiyyə Ərəbistanı "Hizbullah"ın söz sahibi olduğu Livan ordusuna Suriya ilə sərhədlərin qorunması məqsədi ilə 1 milyard dollar vəsait ayırdı.
Regionun digər dövləti Türkiyəyə gəlincə isə, "İslam Dövləti"nə qarşı aparılan hərbi əməliyyatlar qismən də olsa, ölkənin maraqlarına xidmət etsə də, regiondakı kürd amili Ankaranı bir az ehtiyatlı davranmağa vadar edir. Ən azından ona görə ki, artıq Almaniya ordusu Kürd administrasiyasının tabeliyində olan "Peşmərgə"yə (xüsusi təyinatlı ordu hissələri) hərbi təlimlər keçir və PKK artıq Aİ-də "İslam Dövləti"nə qarşı ən yaxşı vuruşan təşkilat kimi qiymətləndirilib.
Rufiz Hafizoğlu
Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

DİGƏR XƏBƏRLƏR
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
XƏBƏR LENTİ
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşar makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi