Siyasət
Ələkrəm Hümbətov: qoca separatçının marazmı
13 Avqust 2014 15:27
Baxış: 1 922
66 yaşlı Ələkrəm Hümbətov hələ də xülyalarla yaşayır və həyatının bu ahıl zamanında illüziyalarına, uydurduğu idefikslərə inanmaqla bahəm, öz vətəninə böhtanlar ünvanlamaqdan çəkinmir.
Dağlıq Qarabağdakı savaş illərində 704-cü Laçın briqadasından yararlanaraq 1993-cü ilin iyunun 21-də Azərbaycanın 7 rayonunu güya "birləşdirən" qondarma "Talış-Muğan Muxtar Respublikası"nın yaradıldığını bəyan edən Ələkrəm Hümbətovun "prezident"liyi çox çəkməmişdi.
Həmin ilin avqustun 7-də elə lənkəranlılar özünü "prezident" sayan adamın "iqamətgah"ına yürüş edərək onu binadan çıxarmış, tərəfdaşlarını pərən-pərən salmışdılar.
Ələkrəm Hümbətovun əmri ilə onun adamları dinc insanlara atəş açmışdılar və 3 lənkəranlı həlak olmuşdu.
Ə.Hümbətov 1993-cü ilin dekabrın 9-da həbs olundu, bir il sonra MTN-in İstintaq Təcridxanasından qaça bildi, amma 1995-ci ilin avqustun 7-də yenə həbs olundu.
1996-cı ilin fevralında hərbi tribunal onun ölüm cəzasına layiq bilsə də, 2 il sonra cəza ömürlük həbslə əvəzləndi.
2004-cü ildə əfv olunan Ələkrəm Hümbətov ailəsi ilə birlikdə elə həmin ildən bəri Hollandiyada yaşayır.
Ə.Hümbətov həm də yaratdığı "Talış Milli Hərəkatı"nın lideridir və ermənilərlə də çox sıx əlaqədədir. Separatçılıq xərc tələb edən məsələ olduğundan özünü hələ də "lider" sayan Hümbətovun erməni pullarına ciddi ehtiyacı var.
2005-ci ildə Azərbaycan vətəndaşlığından məhrum edilən Ə.Hümbətov 2013-cü il sentyabrın 24-də İrəvana separatçı "Talış-Muğan Respublikası"nın prezidenti kimi səfər edərək İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa yollanaraq Xankəndidə yerləşən universitetdə çıxış edib.
Ə.Hümbətov illərdir ki, "siyasi fəaliyyət"ini Ermənistanın xüsusi xidmət orqanlarının göstərişləri əsasında nizamlayır və bunu gizlətmir də.
İndi o, yeni "iş"ə başlamaq niyyətindədir.
Ələkrəm Hümbətov Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) müraciət ünvanlayıb. Həmin müraciətdə Azərbaycan hökumətinin ölkə vətəndaşlarını guya qorxu və təzyiq altında saxlaması, son dövrlər respublikada qanunsuz silahlardan istifadə edilməsi, həbslərin sayının artması, "talış fəalları"nın qətlə yetirilməsi və ya azadlıqdan məhrum edilməsi haqda böhtan xarakterli məlumatlar yer alıb.
Müraciətin sonunda Ələkrəm Hümbətov AŞPA-nın Azərbaycanın bu qurumun qarşısında götürdüyü öhdəliklərin icrasına ciddi nəzarət edəcəyinə və bu istiqamətdə müvafiq addımlar atacağına ümid bəslədiyini bildirib.
Göründüyü kimi, yaş bəzi insanları ağıllandırmaq əvəzinə, onlarda qocalıq marazmı yaradır.
Bu marazm həmin qocanın doğulduğu ölkəyə düşmən kəsilən ölkə tərəfindən maliyyələşdirilən fəaliyyətlə müşayiət olunanda isə tragikomediya alınır.
Orxan Hun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - VİDEO - FOTO
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO
-
Esvatininin Baş naziri İlham Əliyevə məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
ABŞ-İran gərginliyi fonunda Trampdan mühüm mesaj
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
İlham Əliyev Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini Kaleb Orra göstərib - VİDEO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO