Siyasət
Vatikanın fransız dilli mətbuatında Azərbaycanla bağlı məqalə dərc olunub
3 İyun 2014 08:58
Baxış: 1 727
AzərTAc xəbər verir ki, Azərbaycanın Fransada və eyni zamanda Müqəddəs Taxt-Tac yanındakı səfiri Elçin Əmirbəyovun Vatikan radiosuna verdiyi müsahibəyə isitnad edən "Radio Vatikan" qəzetində ölkəmizdən bəhs edən "Azərbaycan dinlərarası dialoqun aparıcı ölkəsi olmaq istəyir" sərlövhəli məqalə dərc edilmişdir.
Məqalənin əvvəlində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iyunun 2-də Vatikanda Roma papası Frensislə görüşdüyü diqqətə çatdırılmışdır.
Heydər Əliyev Fondunun dəstəyi sayəsində Vatikanda Müqəddəs Pietro və aprel ayında ictimaiyyətin üzünə açılan qədim xrtistian abidələri arasında taixi və memarlıq baxımından xüsusi yer tutan Müqəddəs Marçellino katakombalarının təmir edildiyi vurğulanan məqalədə hər iki müqəddəs tarixi abidənin bərpası ilə əlaqədar 2012-ci ildə Heydər Əliyev Fondu ilə Müqəddəs Arxelogiya üzrə Roma Komissiyası arasında razılıq sənədinin imzalandığı bildirilmişdir.
Fondun Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin adını daşıdığı qeyd olunan məqalədə fond tərəfindən Azərbaycan mədəniyyətini və qiymətli mədəni dəyərlərini bütün dünyada tanıtmaq isitqamətində həyata keçirdiyi tədbirlərdən , o cümlədən təhsil və səhiyyə sahələrindəki layihələrdən, yeni məktəblərin, uşaq bağçalarının, sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsindən ətraflı bəhs olunmuşdur.
2003-cü ildə Prezident seçilən İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, zəngin yeraltı sərvətləri neft və qaz sahələrinin istismarı sayəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi vurğulanan məqalədə əhalisi əsasən müsəlmanlardan ibarət olan Cənubi Qafqaz bölgəsinin bu ölkəsinin SSRİ-nin süqutundan sonra 1991-ci ildə müsəqillik əldə etdiyi barədə oxuculara məlumat verilmiş, Roma Papası II İohan Pavelin 2002-ci ildə Azərbaycana səfər etdiyi xatırlanmışdır.
Məqalədə Roma papasının səfəri zamanı əldə edilən razılığa əsasən yeni kilsənin tikintisinin 2008-ci ildə başa çatdırıldığı qeyd olunmuş, müxtəlif azsayılı xalqların yaşadığı Azərbaycanda iqtisadiyyatın dünyanı bürüyən maliyyə böhranına baxmayaraq ağlasığmaz templə inkişaf etdiyi bildirilmişdir.
Azərbaycanın Müqəddəs Taxt-Tac yanındakı səfiri Elçin Əmirbəyovun müsahibəsində səsləndirdiyi " Azərbaycan dinlərarası dialoq üçün nümunə olan bir ölkə olmaq istəyir " fikrinə isitnad edilən məqələdə İran dövləti ilə qonşu olan Azərbaycanın dünyəvi dövlət olduğu, azərbaycanlı qadınların çadra örtmədiyi, Şərq aləmində ilik dəfə 1918-ci ildə parlamentli respublaika qurulan Azərbaycanda Fransadan xeyli əvvəl qadınlara səsvermə hüququnun verildiyi, amma 1920-ci ildə bolşeviklərin hakimiyyətə gəlməsi ilə demokratik dövlətin süquta uğradığı qeyd edilmişdir.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycanın elə həmin dövrdən ərazisini digər ölkələrin hesabına genişləndirməyə çalışan Ermənistanla elan olunmamış müharibəyə başladığı, Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, eyni vaxtda ölkəmizin müxtəlif qurluşlu İran, İsrail, Rusiya və Amerika Birləşmiş Ştatları kimi dövlətlərlə sağlam əlaqələr qurduğu məqalədə yer almışdır.
Azərbaycanın Şərqlə Qərb, Asiya ilə Avropa, müsəlman və xristina dünyaları arasında körpü rolu oynadığı diqqətə çatdırılan məqalədə Vatikan kitabxanasında Qafqaza dair əlyazmaların, habelə Müqəddəs Pietro və Müqəddəs Marçellino tarixi abidələrinin bərpası ilə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlğın başlandığı bildirilmişdir.
2002-ci ildə ll İohan Pavelin Azərbaycana səfərindən sonra XYl Benediktin dövründə 2008-ci ildə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Torçizio Bertonenin , son vaxtlar isə Roma papasının Müqəddəs Arxelogiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravezinin səfərlərinin müqəddəs Taxt-Tacla ölkəmiz arasında əməkdşalığın inkişafından xəbər verdiyi, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələrin durduğu məqalədə xüsusi qeyd olunmuşdur
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
http://fr.radiovaticana.va/news/2014/05/30/lazerba%C3%AFdjan_veut_devenir_un_pays_moteur_du_dialogue_interreligieux/fr1-803513
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu