XİN rəhbəri: "Honduras üçün Dağlıq Qarabağın işğalı qəbuledilməzdir"
Trend-in məlumatına görə, bunu Honduras Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korrales bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib."Honduras üçün Dağlıq Qarabağın işğalı qəbuledilməzdir"
Honduraslı nazir bildirib: "Beynəlxalq cəmiyyət bu humanitar işğala, işğal olunmuş ərazilərdən köçürülmüş insanların vəziyyətinə reaksiya verməlidir. Beynəlxalq hüquq baxımından bu ədalətsizdir".
Onun sözlərinə görə, bundan öncə də iki ölkə arasında beynəlxalq təşkilatlarda müxtəlif səviyyələrdə əməkdaşlıq olub: "Hazırda ikitərəfli faydalı əməkdaşlığımızı inkişaf etdiririk. Hesab edirik ki, münasibətlər çox vacib əhəmiyyətli müstəviyə keçə bilər. Biz Azərbaycanın Latın Amerikasındakı mövqeyini yüksək qiymətləndiririk. Biz münasibətlərin necə vacib və faydalı olduğunu da görürük. Münasibətlər müsbət səviyyədədir. İki ölkə arasında maliyyə, neft-qaz, infrastuktur, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. Ölkələrimiz arasında məhsuldar əməkdaşlıq mümkündür".
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Honduras Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında protokol imzalanıb.
Xanım nazir artıq Azərbaycan rəhbərliyi, maliyə və iqtisadiyyat və sənaye nazirləri ilə görüşüb.
Mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, honduraslı həmkarı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirib və qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları əsasında nizamlanmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib
-
Prezident Ladislau-Marius Vizeri qəbul edib - (Foto-Video)
XƏBƏR LENTİ
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)





