Əli Həsənov: "TANAP - dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir"
Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir.
Trend-in "Al Jazeera" saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə deyib.
Ə. Həsənov bildirib ki, hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq: "Digər tərəfdən Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər".
"Altılıq" ölkələri ilə Tehran arasında əldə olunan razılaşmadan danışan Ə. Həsənov bildirib ki, bu razılaşma bölgəyə müsbət təsir göstərəcək.
Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur.
Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
-
Azərbaycan Prezidenti: Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır
-
İyun ayında Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi keçiriləcək
-
WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
XƏBƏR LENTİ
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar
-
Təsdiqlənməmiş müraciətlər sistemdən silinəcək - XƏBƏRDARLIQ
-
Röya "YouTube"dan silinən mahnısından DANIŞDI
-
Bu yol ÇÖKDÜ - Sürücülərin DİQQƏTİNƏ
-
Vətəndaş 20 manat yükləsə də, balansda 18 manat görünüb - Səbəbi bu İMİŞ
-
Xalq artistinə bəxşiş verməyi reklam edən şəxs QINANDI - VİDEO
-
Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN
-
Makron və həyat yoldaşı ilə bağlı diqqətçəkən iddia
-
Evi, obyekti olanların NƏZƏRİNƏ: Bunu etməyənlər cərimələnəcək
-
Putin müəllimini şam yeməyinə apardı - VİDEO
-
ADY WUF13 günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü ilə bağlı paylaşım edilib - FOTO





