Bu günlərdə radikal müxalifət cəbhəsində ən çox müzakirə olunan məsələ Milli Şuraya təyin olunacaq rəhbərin və ya həmsədrin kimliyidir. Artıq seçkilərin başa çatmasına və Milli Şuranın uduzmasına baxmayaraq, məğlub birliyin sədrliyi uğrunda vəzifə müxalifətin nəyinə gərəkdir?
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Milli Şuranın nüfuz sahibi olmayacağı əvvəldən də gün kimi aydın idi. Bununla belə, Milli Şura sayəsində uzun müddətdən sonra bir-biri ilə rəqabət aparan radikal müxalifət partiyalarını azacıq da olsa, bir çətir altına yığmaq mümkün olmuşdu. Hazırda isə daima digərinin sosial bazasını özünə tərəf çəkmək istəyən qüvvələr bu gün Milli Şura vasitəsi ilə əvvəlki arzularını həyata keçirməyə çalışırlar.
"Söhbət heç də həmsədrlikdən getmir. Bu gün həmin quruma daxil olan hər bir partiya hesab edir ki, onun nümayəndəsi Milli Şuraya sədr seçilərsə, onun vasitəsi ilə digər partiyaların elektoratını öz tərəfinə çəkmək və özünü bir qüvvə kimi göstərmək mümkün olacaq", - Mirzəzadə Milli.Az-a açıqlamasında deyib.
Millət vəkili hesab edir ki, radikal müxalifətə xaricdən maliyyə dəstəyi söz veriblər. Perspektivdə görünən maliyyə dəstəyinə sahib olmağın özü də balaca məsələ deyil.
"Radikal müxalifət partiyalarının gəlir mənbələri məlum deyil. Bununla belə, onlar böyük aparat saxlayırlar, qəzet buraxdırırlar. Özlərinin xarici səfərlərini həyata keçirirlər. Bu maliyyənin xaricdən gəldiyi ilə bağlı deyilənlər heç də əsassız deyil. Əgər Milli Şura özünün kövrək birliyini qoruya bilərsə, onda xaricdən ayrılacaq vasitə quruma rəhbərlik edəcək partiyaya gedəcək", - o vurğulayıb.
Teymur Hacıyev
Milli.Az
Siyasət
Radikallar xaricdən gələcək pullar uğrunda mübarizə aparırlar?
22 Noyabr 2013 00:30
Baxış: 591

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO
-
Hikmət Hacıyev 3-cü Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib - VİDEO
-
Hikmət Hacıyev Azərbaycan heyətinin Moskvada MDB formatında tədbirdə iştirak etməməsinin səbəblərini açıqladı
-
Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
-
Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
XƏBƏR LENTİ
-
Goranboyda ağır qəza - xəsarət alanlar var
-
Manatın dəyərində yenilik - Bu valyuta bahalaşdı
-
Rusiyadan Kiyevə dron hücumu - dağıntı və yanğınlar var
-
Yaponiyada təbii fəlakətlərə qarşı insanabənzər robotlar hazırlanacaq
-
Bu gün 41 dərəcə isti olacaq
-
Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərləndi - SİYAHI
-
Safurədən izləyicilərinə sürpriz - VİDEO
-
Necə edək ki, uşaqların yaya tətili maraqlı keçsin
-
Tom Kruz 26 yaş kiçik sevgilisi ilə kameralara yaxalandı - FOTO
-
Kiçik uşaqla çimərliyə getmək təhlükəli ola bilər
-
Emosional yorğunluqdan necə xilas olaq?
-
Nə avokado, nə də ərik: Bağırsaq üçün ən yaxşı meyvə ortaya çıxdı
-
Gənclərdə “qocalmış ürək” əlamətləri: kardioloq xəbərdarlıq edir
-
Gecələr əllərdə və ayaqlarda "yanma hissi" - səbəbi nədir?
-
Xırdalanda yayılan görüntülərlə bağlı polisdən açıqlama - Yenilənib - VİDEO
-
Yağlı qaraciyər xəstəliyinin qarşısını almaq mümkündür – 5 əsas qayda
-
Türkiyədə ağır qəza: Ölən və yaralananlar var - FOTO
-
Bu ərazilərdə işıq olmayacaq
-
Sumqayıtda binadakı yanğın söndürüldü - VİDEO - FOTO
-
Hüseyn villasını paylaşdı - VİDEO
-
Günün qoroskopu: Qərar verərkən emosiyalardan çox, məntiqlə hərəkət edin
-
Məsciddə törədilən dəhşətli qətlin görüntüləri yayıldı - VİDEO - FOTO
-
Yunan-Roma güləşçilərimiz Budapeştdə daha iki medal qazanıblar
-
İndoneziya sahillərində sərnişin gəmisi yanıb - ölənlər var - yenilənib - VİDEO