Siyasət
Prezident İlham Əliyev "Medalla Sede Vacante" medalına layiq görüldü - FOTO
4 Noyabr 2013 18:07
Baxış: 2 169
Prezident İlham Əliyev Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az President.az-a istinadən xəbər verir ki, Dövlət başçısı kardinal Canfranko Ravazinin ölkəmizə səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə toxunan dövlətimizin başçısı son illər əməkdaşlığımızın yeni formatda inkişafından məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Vatikan Dövləti arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazinin Azərbaycanın ən yüksək mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu dedi və ordeni kardinal Canfranko Ravaziyə təqdim etdi.
Kardinal Canfranko Ravazi Azərbaycanın "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bunu Azərbaycan ilə Vatikan arasında uzun müddət ardıcıl olaraq inkişaf edən əlaqələrə verilən qiymət kimi dəyərləndirdi. Canfranko Ravazi yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
O, Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyevin Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vacante" medalına layiq görüldüyünü dedi və Müqəddəs Taxt-Tacın adından medalı dövlətimizin başçısına təqdim etdi. Kardinal Canfranko Ravazi ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etdi.
Qonaq ikitərəfli münasibətlərimizin gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)