Siyasət

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu

24 Oktyabr 2013 20:52
Baxış: 2 575
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.

R.Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.