Prezidentliyə namizəd, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə barəsində sosial şəbəkələrdə bir xəbər yayılıb. Qeyd edilir ki, Araz Əlizadə hələ tələbə olduğu zaman - 1-ci kursda təhsil alarkən öz qrup yoldaşını bıçaqladığına görə həbsxanaya düşüb.
Milli.Az-ın məlumatına görə, Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün Araz Əlizadənin özü ilə əlaqə saxlayıb. Araz Əlizadə bizimlə söhbətdə vaxtilə həbsxanaya düşdüyünü etiraf edib. Amma həbsinin hansısa bıçaqlanmaya görə deyil, başqa motivlə bağlı olduğunu vurğulayıb:
"Bəli, 1985-ci ildə məni xuliqanlıq maddəsi ilə həbs etdilər. Ancaq hüquq-mühafizə orqanları əslində məni siyasi baxışlarıma görə tutmuşdu".
Araz Əlizadənin sözlərinə görə, həbsinə əsas səbəb onun SSRİ rəhbəri Leonid İliç Brejnevə Sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi ilə bağlı yazdığı 12 səhifəlik arayış olub.
"Mən demişdim ki, Əfqanıstana girmək olmaz və vurğulayırdım ki, məğlubiyyət qaçılmazdır", - deyən partiya rəhbəri bildirib ki, bundan sonra ona qarşı təzyiqlər başlayıb və işdən qovublar.
ASDP sədri söyləyib ki, onu bir il həbsdə saxlayıblar. Prezidentliyə namizədin sözlərindən belə aydın olur ki, Sovet rəhbərliyi onu 1979-cu ildən başlayaraq təqib edib və nəticədə 1985-ci ildə həbsə alınıb.
Araz Əlizadə bu məsələ ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, onun həbsi Ukraynada işlədiyi vaxtlara təsadüf edib.
"Məni xuliqanlıq maddəsinin ağır xəsarət yetirmək bəndi ilə tutdular. Həqiqətən də, xəsarət yetirmişdim. Müstəntiq mənim evimə girdi və məni vurdu. Mən də yerdən borunu götürüb müstəntiqin başına çırpdım", - deyə A.Əlizadə vaxtilə olmuş hadisəni xatırladıb.
Qeyd edək ki, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirən A.Əlizadə 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtı Kiyevdə Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib və Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib. O, sözügedən hadisənin həmin vaxt baş verdiyini deyib.
Milli.Az
Siyasət
Araz Əlizadə: "Məni xuliqanlıq maddəsilə tutdular"
4 Oktyabr 2013 19:55
Baxış: 619

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib - FOTO
-
Harutyunyan: Laçın və Kəlbəcərdə erməni milliyyətindən olan şəxslər sonradan məskunlaşdırılıb
-
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
XİN Suriyaya başsağlığı verdi
-
Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank”ın Ermənistan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçmiş bank olduğunu açıqlayıb
XƏBƏR LENTİ
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi
-
Həyat və ölüm arasında üçüncü mərhələ də var?
-
Tramp: İran gözlədiyimizdən zəif reaksiya verdi
-
Nişan mərasimində DAVA - 3 nəfər SAXLANILDI - VİDEO
-
Həbib azərbaycanlı nazirlərlə bir arada - FOTO
-
Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi
-
Günün qoroskopu: Emosiyalarla yox, məntiqlə hərəkət edin
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
Xamenei: İran özünə qarşı da təcavüzə yol verməyəcək
-
AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb
-
Tramp: İranın Bəhreyn və İraqdakı ABŞ bazalarına hücum edəcəyi gözlənilir
-
Bəzi ərazilərdə işıq olmayacaq
-
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
-
"Ona "sevgilim" deyirdim" - FOTO
-
Xameneinin yerinə varis seçilir - İki namizəd var
-
İran təcili bəyanat yaydı
-
Qətərdən İranın hücumu ilə bağlı ilk açıqlama