Panamada Azərbaycanın diplomatik nümayəndəliyinin açılacağı gözlənilir - FOTO
Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfir görüşdə Azərbaycanın Panama ilə dostluq əlaqələrinin yaradılmasında və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Səfir, həmçinin cari ilin sonunadək Panamada ölkəmizin diplomatik nümayəndəliyinin açılacağı barədə məlumat verib.
Diplomat ölkəmizin yaxın siyasi tarixi, Azərbaycanda dövlətçiliyin inkişafı, Azərbaycanın Cənubi Qafqazda iqtisadiyyatının 80 faiz təşkil etməsi ilə regionda lider ölkə olduğu, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə nazir Fernando Nunyez Fabreqaya bəhs edib.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq səfir İ.Muxtarov münaqişənin tarixi və nəticələri, Xocalı soyqırımı haqqında Panama xarici işlər nazirinə məlumat verib.
Öz növbəsində, nazir Fernando Nunyez Fabreqa Azərbaycanın Panamada diplomatik nümayəndəliyinin açılmasında maraqlı olduğunu bildirərək, bunun Panama-Azərbaycan əlaqələrinin yaxınlaşmasına xidmət edəcəyini qeyd edib.
Görüşün sonunda səfir Panama XİN başçısını Azərbaycana səfərə dəvət edib. Panamaya səfər zamanı Muxtarov Panama Parlamentində müxtəlif görüşlər keçirib, parlamentlərarası əlaqələrin qurulmasında qarşılıqlı səfərlərin təşkil olunmasının vacib əhəmiyyətini qeyd edib və ölkəmizin Panama ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Azərbaycan səfiri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, Xocalı soyqırımı haqqında və bu soyqırımının beynəlxalq səviyyədə tanınması prosesindən söz açaraq, son zamanlar dünyanın müxtəlif ölkələrinin, habelə Latın Amerikası ölkələrinin parlamentləri tərəfindən Ermənistanın təcavüzü və Xocalı soyqırımına dair qəbul edilmiş qətnamələr barədə Panama parlamentinin üzvlərini məlumatlandırıb.Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun





