Siyasət

Qəbələ RLS-in bütün əmlakının daşınması başa çatdırılacaq

10 May 2013 12:51
Baxış: 612
Azərbaycan və Rusiyanın dövlət komissiyaları Qəbələ RLS-in bağanması ilə bağlı işlərini davam etdirir. Biz bütün məsələlərin razılşadırılmasına nail olmuşuq. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələfov bildirib ki, bütün sənədlər imzalanıb:

"Rusiyaya məxsus olan əmlakın inventarizasiyasını aparmışıq. Əmlakların daşınması ilə bağlı bütün təşkilati məsələlər öz həllini tapıb. Hazırda proses davam etdirilir. Bu əmlakın böyük hissəsi Rusiyaya aparılıb. Kiçik bir hissəsi qalıb ki, bizim müəyyən etdiyimiz cədvəl çərçivəsində həyata keçirilir. Yaxın həftələrdə bu proses başa çatdırılacaq. Bununla bağlı eyni zamanda stansiyada çalışan kontingentin və onların əmlakının daşınması üçün bütün lazımi şərait yaradılıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.