Siyasət

Rusiya Qəbələ RLS-dən texnikanı çıxartmağa başlayacaq

15 Fevral 2013 17:55
Baxış: 491
"Rusiya yaxın günlərdə Qəbələ RLS-də inventarizasiyanı başa çatdıracaq və ay ərzində texnikanı çıxartmağa başlayacaq". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

"Mənim bu məsələyə nəzarət edən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubovla söhbətim olub. Qəbələnin nümayəndələri ilə də söhbətim olub. Məlumatımıza görə, işlər konstruktiv şəraitdə gedir və yaxın günlərdə inventarizasiyanı başa çatdıracağıq, ay ərzində isə texnikanı çıxartmağa başlayacağıq", - Doroxin qeyd edib.

Onun sözlərinə görə, Qəbələ RLS-in istismardan çıxarılması üzrə işlər müəyyən edilmiş müddətə uyğun aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.