Siyasət
Əli Əhmədov: "Ayrı-ayrı qüvvələr İsmayıllıda baş verənlərdən siyasi dividend qazanmağa çalışır"
25 Yanvar 2013 19:10
Baxış: 354
"Bu gün İsmayıllıda ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərlə görüşlər keçirdik, müəyyən söhbətlər apardıq. Keçirdiyimiz görüşlərin bir məqsədi var ki, vətəndaşları narahat edən məsələləri onların öz dilindən eşidək, nöqsanların aradan qaldırılması istiqamətində birgə fikir mübadiləsi aparaq".
APA xəbər verir ki, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov İsmayıllı rayonunda yerli ictimaiyyətin nümayəndələri ilə görüşü şərh edərkən deyib.
Ə.Əhmədov bir neçə gündür, İsmayıllıda yaşanan gərginliyin hər kəsi narahat etdiyini qeyd edib: "Bu bütövlükdə sabitliyimizə, dövlətçiliyimizə xələl gətirən, İsmayıllı sakinlərinin narahatlığına səbəb olan hadisədir. Biz bu narahatlıqların tezliklə aradan qalxmasını istəyirik. Bu gərginliyin aradan qaldırılması üçün ən vacib şərtlərdən biri onun səbəblərini araşdırmaq, burada maraqlı olan tərəflərin niyyətini aydınlaşdırmaqdır. Mən qəti əminəm ki, İsmayıllı əhalisi bu gərginliyin nəinki tərəfdarı deyil, əslində narahatlıq keçirən, bu hadisələrdən ən çox əziyyət çəkən sadə insanlardır. Görünən odur ki, məişət zəminində baş verən xırda anlaşılmazlıqdan istifadə edənlər var. Müəyyən qüvvələr adi avtomobil qəzası ilə bağlı yaranan söz-söhbəti böyüdərək iğtişaşlara gətirib çıxarır. Bu hadisədən ayrı-ayrı qüvvələr siyasi dividend qazanmağa çalışır".
Ə.Əhmədov deyib ki, İsmayıllıda əhalinin əksər hissəsinin sağlam düşüncəli, dövlətçiliyi, sabitliyi sevən insanlardır: "Yerli camaat təxribatçı insanların müəyyən niyyət və hərəkətlərinə fikir vermir. Bu təxribatçı insanlar tezliklə ifşa olunmalıdırlar".
O, YAP-ın İsmayıllı rayonunda minlərlə fəal üzvünün olduğunu bildirib: "Onlar dövlətimizə, İsmayıllının inkişafına xidmət edən insanlardır. Onlar da bu narahatlığın aradan qalxmasına öz töhfələrini verəcəklər. Dünən gecə və bu gün rayonda vəziyyət yaxşı olub. Hamı gərginliyin aradan qalxdığını düşünür və yaxşı təəssüratlar var. Buna baxmayaraq müəyyən qüvvələrin gərginlik yaratmasına imkan verilməyəcək. Yerli sakinlərlə görüşümüzdə bildirdik ki, tanımadıqları şəxslərin kənardan rayona gələrək aranı qarışdırmasına imkan verməsinlər. Görünür ki, belə qüvvələr var. İsmayıllı camaatı rayonda sabitliyin təmin edilməsi işini öz əlinə almalı, təxribatlara uymamalıdır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu