Siyasət
Mübariz Əhmədoğlu: "2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur"
8 Yanvar 2013 14:04
Baxış: 640
"2012-ci il Azərbaycan üçün hərtərəfli uğurludur". Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü başladı və həm də tarixdə ilk dəfə olaraq BMT TŞ-yə sədrlik etdi. Bu, bütün dünya azərbaycanlıları üçün qürurverici hadisədir.
Politoloq bildirib ki, Qəbələ RLS-in fəaliyyətinin dayanması təkcə 2012-ci ilin deyil, bəlkə də 10 illiyin uğurudur.
"Bəzi destruktiv qüvvələr, ermənilər və onları tərəfkeşlərinin fikrincə, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Azərbaycan-Rusiya münasibətlərin pisləşdirib, hətta müharibə səviyyəsinə qədər gərginləşdirəcəkdir. Onlar nəzərə almalıdırlar ki, Rusiyanın marağı olsaydı, ən azı, bu mövzuda Azərbaycanla dialoqu davam etdirərdi", - Əhmədoğlu deyib.
O qeyd edib ki, son bir neçə ayda heç bir Rusiya rəsmisi bu mövzudan ötrü Azərbaycana səfər etməyib və ya Azərbaycan səlahiyyətlilərini Rusiyaya dəvət etməyib.
"Rusiya xarici işlər nazirinin Qəbələ RLS-in fəaliyyətini dayandırmaqla bağlı notasından iki gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Moskvada idi və Moskvanın xahişi ilə o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun namizədliyini MDB Müdafiə Nazirlərinin Şurasının sədrliyinə təqdim etdi. Bu, özü bir işarəverici hadisədir. Rusiyanın Azərbaycanla düşmənçilik münasibətləri olsaydı, bu işi orada olan 10 nazirdən başqa birisinə həvalə edərdi", - politoloq vurğulayıb.
O hesab edir ki, Qəbələ RLS-in fəaliyyətinin sakit şəkildə dayandırılması Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə daha yeni mərhələyə qalxmasına şərait yarada bilər.
"Qəbələ RLS-in fəaliyyətinin dayanması Azərbaycan ərazisində digər dövlətin hərbi iştirakının sonu deməkdir. Bu da Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsi və ya onun ayağının sayalı olması kimi başa düşülə bilər", - Əhmədoğlu deyib.
O həmçinin qeyd edib ki, TANAP layihəsinin fəaliyyətə başlaması mühüm hadisədir. "2012-ci ildə Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrildi. Keçirilmiş beynəlxalq tədbirlər rəsmi Bakıdan çox, iqtisadi problemlər məngənəsində vurnuxan dünya üçün əhəmiyyətli idi. Avropa idman olimpiadasının təsisi və onun ilk dəfə Azərbaycanda keçirilməsi haqqında qərar, idman sahəsindəki uğurlarımız, "Eurovision" mahnı müsabiqəsi kifayət gədər geosiyasi tutumlu hadisələrdir", - politoloq bildirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
-
Azərbaycan və UN-Habitat arasında Niyyət Məktubu imzalanıb
-
Bakıda keçiriləcək WUF13 BMT-nin Yeni Şəhər Gündəliyinin irəlilədilməsi üzrə konsensusun formalaşdırılması üçün həlledici məqam olacaq - UN-Habitat rəhbəri
-
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib - VİDEO - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Zeytun yağından istifadə zamanı edilən 4 əsas SƏHV
-
Həm arıqladır, həm sağlam saxlayır
-
Mükəmməliyyətçilik: Qüsursuzluq bir "maskalanma" forması kimi
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı