"Bu yaxınlarda özünün Meksika körfəzi sahillərində kəşfiyyat qazma işlərinə başlayan Kuba Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir", - çərşənbə günü Trend-ə Kubanın Azərbaycandakı yeni səfiri Omar Medina Kintero deyib.
Diplomat hesab edir ki, Azərbaycan karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində zəngin təcrübəyə malikdir və bu təcrübə Kuba üçün faydalı ola bilər.
Onun sözlərinə görə, Kuba hər il daxili tələbat üçün təqribən 3 milyon ton neft hasil edir.
"Lakin böyük ehtiyatlar var və biz hazırda bu işə xarici şirkətləri cəlb edirik. Məlum olduğu kimi, Azərbaycanın dərin sularda qazma işləri sahəsində təcrübəsi var və bu təcrübə bizim üçün faydalı ola bilər", - səfir vurğulayıb.
Medina Kintero qeyd edib ki, iki ölkə, həmçinin, neft sektorunda kadrların hazırlanması sahəsində fəal əməkdaşlıq edə bilər.
"Hələ 1970-80-ci illərdə bir çox kubalı Azərbaycanda yaxşı təhsil alıblar. Hazırda onlar bu sahədə yüksəksəviyyəli mütəxəssisdirlər. Bu ənənələri davam etdirmək lazımdır", - kubalı diplomat əlavə edib.
Yeni səfir Azərbaycan-Kuba münasibətlərinin yaxşı olduğu qənaətindədir.
"Hazırda dünyada hər şey sürətlə dəyişir. Əlaqələr qurmaq üçün vaxt çatışmazlığı təhlükəsi ilə üzləşirik. Hesab edirəm ki, biz bu əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasına çalışmalıyıq. Bizi birləşdirən cəhətlərə daha çox diqqət yetirmək lazımdır", - diplomat bildirib.
Onun sözlərinə görə, əməkdaşlığın inkişafı üçün bir sıra sahələr mövcuddur ki, buna misal olaraq, turizm, idman, iqtisadiyyat, təhsil və s. göstərmək olar.
"Tələsmək lazım deyil, sanballı nəticələr əldə etmək üçün həmin sahələri inkişaf etdirmək lazımdır", - o hesab edir.
Omar Medina Kintero, Kubanın Azərbaycandakı yeni səfiri kimi, əsas vəzifəsinin iki ölkə arasında münasibətlərin inkişafı üçün maksimum səy göstərmək və xalqlar arasında həmişə mövcud olan ənənələri qorumaqdan ibarət olduğunu bildirib.
"Hökumətim mənə iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirməyi tapşırıb və mən bu istiqamətdə işləməyə hazıram", - diplomat qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin siyasi münasibətləri həmişə yaxşı səviyyədə olub. Hazırda hökumətlər qarşısında iqtisadi əlaqələri yüksək səviyyəyə çatdırmaq tapşırığı qoyulub.
"Azərbaycan hazırda Latın Amerika ölkələri ilə münasibətlərini fəal inkişaf etdirir və bilirəm ki, bu, Kuba ilə münasibətlərə zərər vermir. Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial mövcuddur. Hazırda tərəflər qarşılıqlı maraqları öyrənirlər", - o vurğulayıb.
Eyni zamanda, Kintero deyib ki, Azərbaycan mütəxəssislərini Kubaya dəvət edərək, onları tibb elminin nailiyyətləri ilə tanış etməklə tibb sahəsində əməkdaşlıq üçün imkan yaratmaq mümkündür.
Diplomat, həmçinin, Azərbaycan şirkətlərini Kubanın turizm sahəsinin inkişafında iştirak etməyə dəvət edib.
"Kubada turizm investisiyalar üçün açıq meydançadır", - o deyib.
Xüsusilə, Kuba qanunvericiliyi xarici şirkətlərin hotellər tikməsi üçün şərait yaratmağa imkan verir.
"Biz Azərbaycana həmişə etibarlı tərəfdaş kimi baxacağıq", - səfir vurğulayıb.
Qeyd edək ki, Medina Kintero Kubanın Azərbaycandakı ikinci səfiridir. O bu vəzifədə diplomatik fəaliyyəti yayda başa çatan Marsello Kabalyero Torresi əvəz edib.
Omar Medina Kintero 1950-ci ildə anadan olub. Diplomatik fəaliyyətinə 1975-ci ildə başlayıb. Kubanın Polşa, keçmiş Yuqoslaviya, Serbiya və Çernoqoriyadakı səfirliklərində işləyib. Kuba Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Bakıya təyinat almazdan əvvəl Kuba XİN-də işləyib, bundan əvvəl isə ölkənin Belarusdakı diplomatik missiyasının rəhbəri olub.
İngilis, rus, serb, xorvat və ispan dillərini bilir.
Milli.Az
Siyasət
Səfir: "Kuba Azərbaycanın enerji sahəsindəki təcrübəsinə maraq göstərir"
18 Oktyabr 2012 09:04
Baxış: 1 247
DİGƏR XƏBƏRLƏR
-
Baş nazir məmurları toplayıb, müşavirə keçirdi
-
Prezident İlham Əliyev Seneqal Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev: Çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik
-
Prezident İlham Əliyev Azərbaycanın bu Əsasnamələri təsdiq edib - FƏRMAN
-
Prezident İlham Əliyev bu şəxsləri medalla təltif etdi
-
İran Azərbaycana təşəkkür etdi - FOTO
XƏBƏR LENTİ
-
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
-
"Nəvələrimin hesabına izləyicilərim çoxalır"
-
Türkiyə Ukrayna-Rusiya danışıqlarını dəstəkləyəcək
-
Soyuducuya bir qab duz qoyun və gözləyin: Nəticəni görəndə təəccüblənəcəksiniz
-
Dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb - YENİLƏNİB
-
41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO
-
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
-
Anasının sözlərindən sonra səhifəsini bağladı - FOTO
-
Tramp: İranın 48 saat vaxtı qalıb
-
Türkiyəli aktrisa Bakıda yol hərəkət qaydasını pozdu
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Bu futbolçu “Qarabağ”ın heyətində 40-cı qolunu vurdu
-
Polisdən əməliyyat - Çoxlu sayda narkotik və silahlar tapıldı
-
Oğlunun toyunda başına daş düşən ata ÖLDÜ
-
Ərdoğanla Zelenski arasında görüş başladı
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
-
Hörmüz boğazından onlar keçəcək - SİYAHI
-
Mahmud Məmmədəliyevə yüksək vəzifə VERİLDİ
-
43 yaşlı bu qadın itkin düşüb
-
Sarkisyan seçkilərdə iştirak etməyəcək
-
Bu yolda sürət həddi endirildi
-
Baş nazir məmurları toplayıb, müşavirə keçirdi
-
İranda atom stansiyasında partlayış





