Siyasət

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır

11 Avqust 2026 22:28
Baxış: 187

Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Artıq 600 hektardan çox ərazinin müəyyənləşdirildiyini deyən dövlətimizin başçısı orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyini diqqətə çatdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.