Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
"Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında keçirilən görüş və səsləndirilən bəyanatlar iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini bir daha aydın şəkildə nümayiş etdirdi." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, artıq Azərbaycan ilə İtaliya arasında əlaqələr sadəcə diplomatik çərçivədə deyil, strateji tərəfdaşlıq səviyyəsindədir. "Təsadüfi deyil ki, ölkələrimiz arasında iki mühüm strateji tərəfdaşlıq sənədi mövcuddur və bu sənədlər sayəsində əlaqələr daha da dərinləşib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı mərhələsi təkcə diplomatik əməkdaşlıq deyil, eyni zamanda qarşılıqlı maraqlara söykənən strateji tərəfdaşlıq modelinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. İtaliya ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də əlbəttə ki, təsadüfi deyil. Bu münasibətlər uzun illər ərzində formalaşmış etimada, sabit siyasi dialoqa və ortaq iqtisadi maraqlara əsaslanır. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər tərəflər arasında siyasi iradənin möhkəm olduğunu nümayiş etdirir və əməkdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır. İtaliya hazırda ölkəmizin birinci ticarət tərəfdaşıdır. Bu isə təkcə iqtisadi maraqların deyil, eyni zamanda siyasi və humanitar sahələrdə etibarlı əməkdaşlığın bariz nümunəsidir."
Millət vəkili qeyd edib ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biri olaraq qalır: "Azərbaycanın ixrac etdiyi təbii qazın əhəmiyyətli hissəsinin məhz İtaliya bazarına yönəlməsi bu ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun bariz göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi rəqəmlər - 25 milyard kubmetr ixracın 9,5 milyardının İtaliyaya çatdırılması - tərəfdaşlığın real iqtisadi məzmununu açıq şəkildə ortaya qoyur. Bu kontekstdə Trans Adriatic Pipeline layihəsinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan bu layihə təkcə enerji daşımalarının texniki təminatı deyil, həm də Avropa ilə Azərbaycan arasında strateji körpü rolunu oynayır. Layihənin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması isə əməkdaşlığın perspektivlərinin daha da geniş olduğunu göstərir. Ümumilikdə, bu səfər və səsləndirilən bəyanatlar Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Strateji tərəfdaşlıq artıq yalnız bəyanat səviyyəsində deyil, konkret iqtisadi layihələr və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmləri ilə möhkəmlənir. Bu isə həm regional sabitlik, həm də Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
-
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO
-
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
-
Dünya mediası Ciorcia Meloninin İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb - FOTO
-
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi
-
Prezident İlham Əliyev İƏT Təmiz Enerji Mərkəzi ilə Ev Sahibi Ölkə Sazişini təsdiqləyib
XƏBƏR LENTİ
-
"iPhone 18"in buraxılış tarixi təxirə salındı - SƏBƏB
-
Uçot dərəcəsi ilə bağlı QƏRAR - AMB tarix açıqladı
-
DİN-dən əməliyyat - Külli miqdarda silah-sursat aşkarlandı
-
Dövlət əyar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar laboratoriya xidmətlərinin göstərilməsinə başlanılıb
-
Azərbaycanda "qazanılmayan pulu xərcləməyə" maraq azalıb
-
Mayda bu BÜRClər pul içində üzəcək - Karyera və şans partlayışı
-
Yeni müdir işçini nə zaman işdən çıxara bilməz? - AÇIQLANDI
-
"Güzəştli mənzillər" ilə bağlı ŞAD XƏBƏR
-
ÇL: Bu gecə ikinci finalçı bəlli olur
-
"Mən də çox şişirtmədən, ifrat dərəcədə olmadan etdim"
-
Kamaləddin Qafarov: “İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
-
Baş Prokurorluq Asif Nəsirlinin vəfatı ilə bağlı açıqlama YAYDI
-
Bu şəhərdə ölmək QADAĞANDIR - Səbəbi sizi təəccübləndirəcək
-
ABŞ “Layihə Azadlıq” əməliyyatını dayandırdı
-
"Real" axtardığı qapıçını TAPDI: 50 milyona
-
İranda güclü zəlzələ OLDU
-
"Emil də bundan dünyasını dəyişdi"
-
“Kerrik “Mançester Yunayted”də elit məşqçi ola bilər”
-
Şəkidə ağır qəza: Ölən və yaralananlar var
-
Bu gün Azərbaycan vasitəsilə Ermənistana gübrə və taxıl göndəriləcək
-
Azərbaycanın axtardığı qumarbaz tapıldı
-
Bu gün saat 15:00-dan etibarən valideynlərin DİQQƏTİNƏ
-
Əməkdar artist olan əri ilə toy FOTOsunu paylaşdı
-
Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma





