Hadisə

Bu gün Azərbaycan vasitəsilə Ermənistana gübrə və taxıl göndərilib - YENİLƏNİB

6 May 2026 11:50
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Milli.Az xəbər verir ki, Vaqonlar "Biləcəri" stansiyasından yola salınıb.

4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Milli.Az

__________

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, Ermənistana 4 vaqon gübrə, 4 vaqon taxıl göndəriləcək.

Vaqonlar Biləcəri stansiyasından yola salınacaq./Trend.Az

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.