Azərbaycanın axtardığı qumarbaz tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2018-ci ildə erməniəsilli pleboy və qumar oyunçusu Dan Bilzerian həmin dövrdə işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib və orada erməni silahlı qruplaşmalarının təlim poliqonunda müxtəlif növ silahlardan atəş açıb.
Milli.Az Haqqın.az-a istinadən xəbər verir ki, indi o indi də ABŞ Konqresinin Nümayəndələr Palatasına Florida ştatından namizəd olmağı planlaşdırır. Bilzerianın rəqibi hazırkı konqresmen, respublikaçı Randy Finedır.
Bir neçə gün əvvəl "The Jenny Beth Show" proqramında çıxış edən Fine bildirib ki, o, erməninin Konqresə seçilməsinə qarşıdır.
"Biz ermənilərin Konqresdə işləməsini istəmirik", - deyə konqresmen vurğulayıb.
ABŞ-dəki erməni lobbi təşkilatları dərhal Fineyə qarşı kampaniya başladaraq onu "milli ayrı-seçkilikdə" ittiham ediblər.
Bilzerian poker ustası və qalmaqallı həyat tərzi ilə tanınır. O, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanla dostdur. 2018-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri zamanı onu məhz Levon müşayiət edib.
Bu qanunsuz səfərlə əlaqədar Azərbaycan Baş Prokurorluğu Bilzerian barəsində cinayət işi açıb və məhkəmə onun haqqında qiyabi həbs qərarı çıxarıb. Onun beynəlxalq axtarışa verilməsi üçün "İnterpol"a müraciət edilib.
Baş Prokurorluğun məlumatına görə, Bilzerian Ermənistan və işğal olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə cinayət əlaqələrində olub, Xankəndi şəhəri və digər işğal olunmuş yaşayış məntəqələrinə müvafiq sənədlər olmadan və dövlət sərhəd-buraxılış məntəqələrindən keçmədən daxil olub. Bununla o, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" Qanunu və Miqrasiya Məcəlləsini pozub.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, Bilzerian işğal olunmuş ərazilərdə qanunsuz əldə edilmiş odlu silahlardan, qumbaraatanlardan, tüfənglərdən və digər silah növlərindən istifadə edib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz silah dövriyyəsi) və 318.2-ci (qanunsuz sərhəd keçidi) maddələri ilə cinayət işi başladıb.
2022-ci ildə Bilzerian "dostunun toyunda iştirak etmək" məqsədilə Ermənistana səfər edib. Onun ölkəyə investisiya yatıracağı ilə bağlı yayılan məlumatlar isə təsdiqini tapmayıb.
Bu ilin 6 aprelində Bilzerian Florida ştatının 6-cı seçki dairəsindən Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb. Onun rəqibi Fine yəhudi əsillidir. Bilzerian isə antisemit çıxışları, o cümlədən ABŞ-nin keçmiş prezidenti Donald Trumpın İran siyasətini tənqid etməsi ilə də tanınır. Bu səbəbdən onun seçkilərdə uğur şansları aşağı qiymətləndirilir və əsas dəstəyin daha çox erməni diaspor təşkilatlarından gəldiyi bildirilir.
Erməni diasporunun hücum kampaniyasına baxmayaraq, konqresmen Randy Fine mövqeyindən geri çəkilməyib və iki gün əvvəl sosial şəbəkə hesabında yazıb: "Ermənilər Konqresdə yer tutmamalıdır - somalililərə də, qvatemalalılara də, hətta israillilərə də "yox"".
Qeyd edək ki, bir neçə ay əvvəl Randy Fine digər respublikaçı konqresmen Anna Paulina Luna ilə birlikdə Azərbaycana qarşı yönəlmiş "907-ci düzəliş"in ləğvi ilə bağlı qanun layihəsi irəli sürmüşdü. Luna MAGA hərəkatına yaxındır və Donald Trampla sıx əlaqələri ilə tanınır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
Metroda kişi öldü
-
45 yaşlı qadın yanaraq öldü - Oğlu tutuldu - Yenilənib
XƏBƏR LENTİ
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı





