Siyasət

Azərbaycan və Portuqaliya XİN rəhbərləri bu məsələləri müzakirə ediblər

9 Mart 2026 17:15
Baxış: 239

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.