Siyasət

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

7 Mart 2026 10:20
Baxış: 668

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumlarından sonra dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib.

Paylaşımda deyilir:

"Prezident Kasım-Jomart Tokayevə İran dövlətinin Naxçıvana qarşı hücumlarını qətiyyətlə pislədiyinə və Azərbaycan ilə Qazaxıstan arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.