Siyasət

İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycanın yanında olan ölkə və təşkilatlara təşəkkür edilib - FOTO

6 Mart 2026 16:47
Baxış: 930

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Naxçıvana dron hücumundan sonra Azərbaycana həmrəylik göstərən ölkələrə və təşkilatlara təşəkkür edib.

Milli.Az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.

"Biz Azərbaycan ərazisinə İran tərəfindən həyata keçirilən dron hücumlarından sonra beynəlxalq tərəfdaşlarımızdan aldığımız dəstək bəyanatlarına, məktublara və telefon zənglərinə görə səmimi təşəkkürümüzü bildiririk.

Azərbaycanla nümayiş etdirilən həmrəyliyi, eləcə də ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyin açıq şəkildə təsdiqlənməsini yüksək qiymətləndiririk.

Bu çətin zamanda Azərbaycanla həmrəylik göstərən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edir, onların davamlı dəstəyini və əməkdaşlığını yüksək dəyərləndiririk", - paylaşımda qeyd olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.