Siyasət

İsraildən Naxçıvanın vurulmasına sərt REAKSİYA - FOTO

5 Mart 2026 15:57
Baxış: 1 842

"İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir".

Milli.Az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel "X" hesabında paylaşım edib.

O, Naxçıvandakı hadisəni İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsi kimi qiymətləndirib:

"Bu gün səhər Azərbaycanda İranın başını itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb. Tehrandakı osminoqun başı artıq proksi qüvvələrin arxasında gizlənmir, birbaşa hücum edir və xaos yaradır".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.