İranın Naxçıvanı vurması ilə bağlı bu maddələrlə istintaq aparılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, İrandan göndərilən pilotsuz uçuş aparatları ilə Naxçıvanda mülki infrastruktura hücum edilməsi faktı üzrə terrorçuluq maddələri ilə istintaq başlanıb.
Milli.Az xəbər verir ki, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib və nota təqdim olunacağı qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib
-
Bakıda gənc müəllimi “tok” vurub öldürdü
-
Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Lamin Yamalın rekordunu yenilədi
-
Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
-
Şəmkirdə ağır qəza - 5 nəfər öldü - (Yenilənib)
-
Baş Prokurorluq üç Rusiya vətəndaşını terrorçuluğa çağırışlara görə beynəlxalq axtarışa verib
-
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi açıqlanıb
-
İstanbul aeroportu yeni rekorda imza atıb
-
Şagirdlərin elektron yerdəyişməsi başlayır
-
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
-
4 yaşlı “Fənərbağça” azarkeşinin formasını çıxartdırdılar – Matçda qalmaqal - (Video)
-
Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – (Video)
-
ABŞ səfirliyi işçi axtarır: 40 min manat maaş veriləcək
-
Rusiyada güclü zəlzələ oldu
-
Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb - Yenilənib - Foto
-
Qardaşını xilas edərkən həyatını itirən Gülnaz vağzalı ilə dəfn olundu - (Video)
-
Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI
-
Qazaxıstan onu Azərbaycana təhvil verdi
-
Elvin Cəfərquliyev 2 həftə oynamayacaq
-
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
-
"Qarabağ"ın vurduğu 1-ci qoldan sonra stadionda yaşlı kişinin ürəyi getdi - (Video)
-
Dünyanın ən çirkin iti seçildi: 5000 dollar mükafat - (Foto)





